Arxiv
3 Avqust 2019, 14:28 | MEDİA
“İnsanların mətbuata olan inamı itir” – Qulu Məhərrəmli

Söz yaranandan bəri insan cəmiyyətində ən çox istehsal edilən və istehlak olunan mal məhz informasiyadır. Söz isə, müqəddəs kitabda deyildiyi kimi, hər şeydən əvvəl yaranıb.


Bəşər tarixi informasiya istehsalının, vasitələrinin və ötürücülərinin inkişafı tarixi ilə üst-üstə düşür. Bugünün qəzetləri, jurnalları, tele- və radiostansiyaları bir zamanlar şamanların, orakulların, carçıların, salnaməçilərin qördüyü işi başqa səviyyədə və müstəvidə davam etdirir. Əlbəttə, indi informasiyanın mənbələri və istehsal prinsipləri, bütövlükdə dövrün tələbatına uyğun olaraq, əvvəlkindən tamam fərqlidir. Mətbuat xidmətləri də həmin tələbatdan doğan həm yeni mənbə, həm də yeni istehsal prinsipi deməkdir. 

 

Bəzən insanlar mətbuatın funksiyalarını yanlış anlayıb, mətbuatın “kimlər”insə göstərişi ilə hərəkət etdiyini düşünürlər.

 “Ayna” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında təəssüf hissiylə bildirib ki, bu fikirlərin əsası var.

“Bir çox mətbuat orqanları ya öz təsisçilərinin göstərişi ilə, ya da siyasi “dost”larının göstərişi ilə hərəkət edirlər. Ona görə bu tip fikirlər boş yerə yayılmır. Amma əslində mətbuat orqanları heç kimin sifarişi və göstərişi ilə işləməməlidir. Təəssüf ki, bir sıra Sovet ölkələrində, o cümlədən də Azərbaycanda bu belədir. Lakin onu da qeyd edək ki, müstəqil mətbuatın yazdığı, hətta ABŞ-da belə heç də hamıya uyğun gəlmir. Məsələn, Donald Trump qədər sivilindən narazı qalan Amerika prezidenti olmayıb. Mən isə ABŞ-ın Fox Broadcasting Company telekanalını daha çox bəyənirəm”.

 

BDU-nun professor, tənqidçi, jurnalist Qulu Məhərrəmli öz açıqlamasında bildirib ki, mətbuatın qəbuledilmiş normativ funksiyaları var.

“Birinci növbədə mətbuat cəmiyyətə doğru məlumat ötürməlidir. İkincisi gedən prosseslərlə bağlı gedən yazı kifayət etməyəndə analitik yazı verilməlidir, yəni təhlil aparılmalıdır. Yəni bu təhlillərin vasitəsi il cəmiyyəti maarifləndirməlidir. Mətbuatın əsas funksiyalarından biri hakimiyyət üzərində ictimai nəzarətdə olmasıdır. Yəni mətbuatın işi xalqın adından onun seçdiyi hakimiyyət necə işləyir bilməli və cəmiyyətə çatdırmalıdır”.

 

Qulu Məhərrəmli mətbuatın mahiyyətini itirdiyini vurğulayaraq açıq şəkildə tənqidini dilə gətirdi.

“Hazırda mətbuat ayrı-ayrı oliqarxların, məmurların əlində silaha çevrilib. Bu isə insanların mətbuata olan inamını itirir, hazırda bir vaxtlar hamının baxdığı verlişlər, oxuduğu saytlar indi yoxdur. Kimlərinsə sifarişi ilə hərəkət edənləri isə trollar adlandırmaq daha doğru olar”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyən Ələsgər Məmmədli bildirib ki, insanların düşüncəsi faktaloji vəziyyəti qiymətləndirərək və nəzəri olaraq 2 yerə bölünür.

 

“Mətbuat cəmiyyəti maarifləndirici informasiyaları çatdırmalı olduğu halda, praktik olaraq hər kəs görür ki, kiminsə əmrini icra edir. Xalqın mətbuata olan inamsızlığının əsas səbəbi mətbuata verdikləri problemlərini televiziyalarda görməməsidir. Çünki mətbuat dedikdə ilk ağıla televiziya gəlir. Yəni buna görə də insanlar düşünür ki, mətbuat kimlərinə əmrlərini icra edir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olundu - FOTOLAR 21 Avqust 2019, 10:20 “Hirkan”dakı yanğını söndürə bilmirlər - İşə amfibiya təyyarəsi də cəlb olundu 21 Avqust 2019, 10:15 “Abituriyent” jurnalının 9-cu və 10-cu sayları çıxdı 21 Avqust 2019, 10:10 Müəllimlərin işə qəbulu - bu gün daha 747 namizəd müsahibə olunacaq 21 Avqust 2019, 10:03 Müsavatdan Qabil Hüseynliyinin çağırışına REAKSİYA: “Dəfndə iştirak etmərik, amma...” 21 Avqust 2019, 09:53 “Rusiyanın ən varlı varisi” azərbaycanlıdır - REYTİNQ 21 Avqust 2019, 09:41 Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilir  21 Avqust 2019, 09:39 Ermənistan atəşkəsi 23 dəfə pozdu 21 Avqust 2019, 09:30 Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid 21 Avqust 2019, 09:20 Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ 21 Avqust 2019, 08:48 206 əcnəbi Azərbaycandan qaçqın statusu almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28 Çempionlar Liqasında pley-off: 3 oyun keçirildi, bu gün daha 3-ü olacaq - TƏQVİM 21 Avqust 2019, 08:19 Manat bu gün hansı məzənnə ilə satılacaq... 21 Avqust 2019, 08:08 Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə ÇAĞIRIŞ:Dəfnə gəlməyin! 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12