Modern.az

“Fuad Muradov dünyadakı azərbaycanlı gəncləri və diaspor təşkilatlarını bir araya topladı” - ASİMDER sədri

“Fuad Muradov dünyadakı azərbaycanlı gəncləri və diaspor təşkilatlarını bir araya topladı” - ASİMDER sədri

4 Avqust 2019, 15:15

Beynəlxalq Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyi (ASİMDER) sədri Göksəl Gülbey, ASİMDER və Azərbayacn Beynəlxalq Diaspor Mərkəzinin Vanın mərkəzində Alaköydə 250 uşağa oyuncaq paylanılmasında maddi və mənəvi dəstək olan Azərbaycan Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təşəkkür edib.

 

Modern.az-ın xəbərinə görə, Diasporlarla İş Üzrə Dövlət Komitəsinə Fuad Muradovun gətirilməsiylə Qarabağ, Azərbaycan-Türkiyə qardaşlığına və dünya azərbaycanlılarının bir olmaları yolunda gözəl işlər görüldüyünü vurğulayan Göksel Gülbey bildirib ki, illərlə Türkiyədə diaspor sahəsində işlər qərb şəhərlərin üzərindən idarə edilirdi.

“Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Diasporla iş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təyin olunandan sonra hər şey dəyişdi. ASİMDER və Azərbaycan BDM mərkəzi olaraq illərlə erməni diasporunun və dövlətinin Şərqi Anadolu il Cənubşərq rayonlarımızda həyata keçirdikləri kirli təbliğat və gizli planları deşifrə edib hər zaman əngəllədik. Son olaraq Van Akdamar adası kilsəsinin doğru tarixinin aydınlanmasında, istərsə də Van Alaköydə yaşayan 250 uşağa oyuncaq paylanmasında təşəkilatımıza maddi və mənəvi dəstək olan Fuad Muradova təşəkkür edirik”.

 

Gülbey bildirib ki, dünyadakı azərbaycanlı gəncləri və diaspor təşkilatlarını bir araya toplayan komitə sədri Fuad Muradovun gördüyü işləri təqdir edir.

 

“Azərbaycanın 100 illliyi çərçivəsində diaspor gənclərini Azərbaycanda bir araya gəlməsinə vəsilə olunub, azərbaycanlı olub ancaq heç bir zaman Azərbaycanı görməyən və anadilini haradasa unutmuş gənclərlə bağlı iş görmək, Azərbaycan və Türk millətinin gələcəyi üçün böyük addımdır. Bundan başqa İstanbulda keçirilən Türkiyədə yaşayan Azərbaycanlılar və Diaspor təşkilarının rəhbərləri ilə  tədbir keçirərək fikirlərinin dinlənilməsi həm ölkəmiz, həm də demokratiya adına çox yaxşı işdir. Bundan sonrakı işlərin də uğurla davam etməsini arzu edirik”

 

Qeyd edək ki, bu barədə Türkiyənin nüfuzlu İhlas Xəbər Agentliyi (İhlas Haber Ajansı - İHA) məlumat yayıb. Xəbər Türkiyənin 10-a yaxın saytında dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir