Arxiv
7 Avqust 2019, 14:31 | HADİSƏ
Elina Hacıyevanın ölüm işində yenilik var

Bakıdakı 162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm işində təqsirləndirilən şəxs kimi tanınan həmin məktəbin keçmiş direktoru Sevinc Abbasovanın yenidən həbsi istənilir.


Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu gün, avqustun 7-də Səbail Rayon Məhkəməsində S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs ilə əvəzlənməsinə dair şikayətin verilməsi ilə bağlı müddətin bərpası üçün müraciətə baxılıb.

Bu ilin iyulunda zərərçəkmiş tərəf S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs ilə əvəzlənməsi ilə bağlı apellyasiya məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə şikayətin vaxtının ötməsini səbəb kimi göstərərək, onu təmin etməmişdi.

Bu gün, avqustun 7-də keçirilən prosesdə məhkəmə zərərçəkənin nümayəndələrinin müddətin bərpası ilə bağlı müraciətlərini təmin edib və işi yenə Bakı Apellyasiya Məhkəməsinə göndərib.


Şikayətə avqustun 8-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə baxılmalıdır.

Hələlik, prosesdə baş verən bu dönüşə S.Abbasova və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb. «Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.


İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Nazir sərt karanti rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21 İlham Əliyev Trampa məktub göndərdi 3 İyul 2020, 16:18 AMEA rəhbərliyi vurusa yoluxmuş alimə kömək edəcəyinə SÖZ VERDİ 3 İyul 2020, 16:12 DİN-dən Ordu bölmələrinin xüsusi karantin rejiminə cəlb olunması barədə AÇIQLAMA 3 İyul 2020, 16:06 Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı AÇIQLANDI 3 İyul 2020, 16:00 “Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat 3 İyul 2020, 15:56 Türkiyə aviasiyası İraqın şimalını bombaladı 3 İyul 2020, 15:49 BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq 3 İyul 2020, 15:48 Qubaya istirahətə gedənlər cərimələndi - FOTO 3 İyul 2020, 15:45 Fransaya yeni baş nazir təyin olundu 3 İyul 2020, 15:43 “Amrahbank”ın sahibinin oğlu HƏBS EDİLDİ 3 İyul 2020, 15:40 Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat etdi 3 İyul 2020, 15:30 Milli Məclis yenidən növbədənkənar sessiya çağırır - SƏBƏB 3 İyul 2020, 15:27 Bu şəhər və rayonlarda məhkəmələrin fəaliyyəti DAYANDIRILDI 3 İyul 2020, 15:24 Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı 3 İyul 2020, 15:18 Sərt karantin rejimini bərpa edən ÖLKƏLƏR 3 İyul 2020, 15:12 Dövlət Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı 3 İyul 2020, 15:06 Balaxanı yeni turizm məkanına çevrilir - FOTO 3 İyul 2020, 15:00 Koronavirus xəstəsi mağazada belə saxlanıldı - VİDEO 3 İyul 2020, 14:54 “Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırıldı 3 İyul 2020, 14:48 Nikahdankənar doğulan uşaqların sayı artıb 3 İyul 2020, 14:42 Karantin rejiminin tələblərinə tam əməl olunmalıdır - Nazirlik 3 İyul 2020, 14:36 “Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salındı 3 İyul 2020, 14:30 Bazar günü ilin üçüncü Ay tutulması olacaq 3 İyul 2020, 14:25 Sabah planetlərin paradı başlayır 3 İyul 2020, 14:20 Ukraynada Azərbaycan vətəndaşı qətl TÖRƏTDİ 3 İyul 2020, 14:11 YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar - VİDEO 3 İyul 2020, 14:07 Jurnalist Aynur Nəsirova koronavirusa YOLUXDU 3 İyul 2020, 14:03