Modern.az

Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI

Bu tələbələr ödənişli ixtisasların təhsil haqqından azad olundular - SİYAHI

13 Avqust 2019, 14:37

Bir neçə gündür 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələri elan edilib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.


Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.


Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. 

Bəs dövlət universitetlərinin ödənişli ixtisaslarına qəbul olunmuş hansı abituriyentlər ödənişdən azad ediləcək?

Modern.az
onların siyahısını təqdim edir.

1. Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır)

2. Şəhid ailəsi statusunu almış ailənin üzvü.

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları. 

4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.

5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi