Arxiv
18 Avqust 2019, 17:30 | AKTUAL
Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb   

Millət vəkili Qənirə Paşayeva Oxfam İnternational təşkilatının Uqandada icraçı direktoru Uinifred Byanyima, Uqanda, Kenya və Cənubi Afrika Respublikasının (CAR) tanınmış siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.  Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Oxfam İnternational təşkilatının Uqandada icraçı direktoru Uinifred Byanyima, Uqanda, Kenya və CAR-ın tanınmış siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri və fəal qadınlarına Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Oxfam İnternational təşkilatının Uqandada icraçı direktoru Uinifred Byanyima, Uqanda, Kenya və CAR-ın tanınmış siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri və fəal qadınları da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Ölkələrimizin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Q.Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kəndlərimiz pulemyotlardan atəşə tutuldu 20 Fevral 2020, 09:40 Cocuq Mərcanlıda 25 ailə üçün təsərrüfat yaradılıb 20 Fevral 2020, 09:34 Dövriyyədə saxta metal pul var? Rəsmi CAVAB 20 Fevral 2020, 09:28 Bakının mərkəzində avtobus piyadanı vurub öldürdü 20 Fevral 2020, 09:22 Gəncənin Baş planı hazırlanır 20 Fevral 2020, 09:15 “Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB 20 Fevral 2020, 09:09 Arıqlamaq üçün ən effektiv ÜSULLAR 20 Fevral 2020, 09:03 Çin vətəndaşlarının Rusiyaya girişi qadağan olundu 20 Fevral 2020, 08:37 Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək 20 Fevral 2020, 08:26 Bu ölkələr pullarını yuyacaq - virus əleyhinə 20 Fevral 2020, 08:10 Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan olunur 20 Fevral 2020, 08:00 Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb 20 Fevral 2020, 07:46 Kasilyas idmançı karyerasını bitirdi 20 Fevral 2020, 00:46 Ukraynadan Donbasla bağlı açıqlama 20 Fevral 2020, 00:27 Dünyanın ən çox hərbiləşdirilmiş ölkələri: Azərbaycan 10-cu yerdədir 20 Fevral 2020, 00:13 Batan  miqrant qayığında 14 nəfər öldü 19 Fevral 2020, 23:54 ABŞ-da gənc reper qətlə yetirildi 19 Fevral 2020, 23:38 Paşinyan yenə Qarabağa gəlir 19 Fevral 2020, 23:29 Gəncədə reyd zamanı 160-dan artıq sürücü cərimələndi 19 Fevral 2020, 23:14 Qızılın qiyməti 7 illik rekordu yenilədi 19 Fevral 2020, 22:54 10 yaşlı uşaq 5 ayda 250-dən çox kitab oxudu - VİDEO 19 Fevral 2020, 22:40 Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTOLAR 19 Fevral 2020, 22:25 Bakıda dava zamanı iki nəfər bıçaqlanıb 19 Fevral 2020, 22:12 Bakıda çoxmərtəbəli binada yanğın söndürülü 19 Fevral 2020, 21:54 Azərbaycanlılarla ermənilər arasında kütləvi dava 19 Fevral 2020, 21:42 Təbriz komandası İran kubokunda rəqib tanımır 19 Fevral 2020, 21:28 Bakıda avtomobil yolu keçən piyadanı vurdu 19 Fevral 2020, 21:14 Jurnalist hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək 19 Fevral 2020, 21:11 Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələdi 19 Fevral 2020, 20:49 Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42