Arxiv
22 Avqust 2019, 10:29 | ÖLKƏ
MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Müdafiə nazirinin əmrinə əsasən, qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə, təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb.

“Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

 

"Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik", - Müdafiə Nazirliyi bəyan edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45