ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Modern.az xəbər verir ki, “pley-off” mərhələsinin növbəti oyunu Braziliya – Yaponiya olacaq. Matç bu gün axşam saat 21:00-da başlayacaq.
Gecə saat 00:30- da Almaniya Paraqvayla oynayacaq.
Xatırladaq ki, 1/16 final mərhələsinin ilk oyunu ötən gecə baş tutub. Cənubi Afrika Respublikası – Kanada oyununda şimali amerikalılar qalib gəliblər – 0:1. Nəticədə Kanada millisi 1/8 finala yüksələn ilk komanda olub.