Modern.az

Orduda zabit hazırlığı sürətlənir: məşğələlər keçirilir

Orduda zabit hazırlığı sürətlənir: məşğələlər keçirilir

Aktual

29 İyun 2026, 10:04

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı, döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.
Məşğələlərin əsas məqsədi şəxsi heyətin nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi