Arxiv
23 Avqust 2019, 08:22 | ƏDƏBİYYAT
Mövludun mübarək, Şahmar Ələkbərov!

Heç nə, heç kim bu dünyada əbədi deyil. Bütün tikililərin sonu xaraba, əşyaların axırı tullantı, canlıların aqibəti ölümdür. Amma tarixə çevrilən hər nə, hər kim varsa unudulmur. O da Azərbaycanın kino tarixində unudulmazlıq qazanan insanlardan biridir. İyirmi yeddi ildir ki, aramızda yoxdur. Fəqət yaşadığı qırx səkkiz ildə elə bir yol keçib ki, hər iki dünyanın rəhmətinə qovuşa bilib. Kino tariximizdə yaratdığı obrazlarla tarixləşən, xalq artisti Şahmar Ələkbərovu deyirəm...


O, 1943-cü ildə Gəncədə dünyaya gəlmişdi. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası Tiflis əsilli İzulət xanım idi. Şahmar orta məktəbi 15 yaşında Bakı şəhərində başa vurub, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirərək, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb.


...Ömür-gün yoldaşı teatrşünas Kamilə Ələkbərova idi. İki əkiz qızı var: İzulət və Ləman. Qızlarından biri uzun illərdir ki, xaricdə yaşayır. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısıdır...


Şahmarın kino səlnaməsi "Dağlarda döyüş" filmindən başlayıb. Sonuncu çəkildiyi "Qəzəlxan" filminə qədər bir sıra yaddaqalan obrazlar yaradıb. 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb...


Ömrünün son yeddi ilini çox ağrılı keçirib. Stomatoloqda dili zədələndiyindən ağzında bəd xassəli şiş yaranmışdıi. 1992-ci ildə Almaniyanın Hamburq şəhərində müalicə olunsa da, nəticə uğursuz olub. amma orda bir çarə tapılmayıb.Və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib...


Avqustun 23-ü onun doğum günüdür. Yaşasaydı 76 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da, o, hələ də yaratdığı obrazlarda yaşayır. Bəli, əməlləri ilə tarixə çevrilən insanlar heç vaxt unudulmurlar. 
Mövludun mübarək, Şahmar Ələkbərov!


Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45