Modern.az

Qubada meşə yanğını söndürüldü

Qubada meşə yanğını söndürüldü

25 Avqust 2019, 20:19

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 16 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.

Modern.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə,  yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub