Modern.az

Tramp G7 liderləri ilə  dalaşdı - Rusiyaya görə

Tramp G7 liderləri ilə  dalaşdı - Rusiyaya görə

Dünya

26 Avqust 2019, 12:58

Prezident Donald Tramp Rusiyanı beynəlxalq qrupa qaytarmaq üçün G7 liderləri ilə mübahisə edib.

 

Modern.az Rusiya KİV-nə istinadən  xəbər verir ki, Tramp Rusiyanın mütləq G7-yə qayıtmalı olduğunu tələb edib. Onun fikrincə, Putin Şimali Koreya, İran və Suriya münaqişələrinin həllində iştirakçı olmalıdır.

 

Onun bu təklifini postunu tərk etməkdə olan Cüzeppe Konte dəstəkləyib. Digər G7 liderləri isə buna qarşı çıxıblar.

“Əksər liderlər G7-ni liberal, demokratik ölkələrin birliyi sayır. Ona görə də bu dəyərləri bölüşməyən Putinin dönüşünə razı ola bilməzlər”.

 

G7 zirvəsi avqusutn 24-də Fransanın Biarriotse şəhərində başlayıb. 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra Rusiya bu birliyi tərk etmişdi.    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır