Arxiv
2 Sentyabr 2019, 12:10 | ƏDƏBİYYAT
Səmimi duyğular, bənzərsiz düşüncələr

Akif Cabbarlı


Qəbələyə növbəti gəlişim həmişəki kimi dostlarımın və şagird yoldaşlarımın ürəyindən oldu. Ənənəyə görə ildə azından dörd-beş dəfə “sinif uşaqları” olaraq bir yerə yığışır, ötən illərə qiyabi səyahətə çıxır, dərd-sərimizdən, problemlərimizdən danışır, sevincimizi bölüşür, rayonun adla tanınan, amma cibimizə uyğun restoranlarının birində də Qəbələ nemətlərindən, bişintilərindən dadıb özümüz üçün əməlli-başlı dincəlirik. Bunlar öz yerində. Əyalət “uşaqları”nın bir məsələyə görə nə qədər sevindiyini, qürurlandığını deməsəm, yazmasam, ola bilsin sonralar ən çox özüm-özümü qınayardım.


Nohur gölü ətrafında, Sini meşəsinin qalın kölgəliyində oturub ləzzətli samovar çayından nuşcanlıqla içirdik ki, Mirhəsən çantasından çıxardığı kitabları bir-bir qənşərimizə qoyub - yəqin ki, məndən bundan qiymətli pay gözləmirsiniz, hə? – deyə özünəməxsus zarafatından qalmadı. - Heç kimə də olmasa, əgər kitabımı oxusalar, Nərimanla Akifə gücüm çatandan bir kənd payı göndərərəm, necə də olsa şəhərdə yaşayırlar axı – dedi.


Bu fikirlə hamı razılaşdı. Sədiyar, Fəxrəddin, Sahib, Mirzəcan, Nizami, Mirzəmməd və sonralar sıralarımıza qoşulmuş Tofiq qardaş bu fikirə ürəkdən “Amin” dedilər. Mirhəsən Ağayevin – Mirzəbəyli kəndinin say-seçmə ağsaqqal ziyalılarından və Qəbələnin üzdə olan söz adamlarından biri kimi tanınan dostumuzun bizə bağışladığı sayca üçüncü kitabı – “O, mənim Anam deyil” şeir və hekayələr toplusu dostum, kimyaçı alim Nəriman Cavadov üçün də, mənə görə də əsl dost hədiyyəsi idi. Bakıya qayıdanda elə maşındaca Mirhəsən müəllimin ürəyinin süzgəcindən keçirdiklərini birnəfəsə oxudum və “sinifkomumuzun” ədəbi düşüncələrinin dağ çayları, şəlalələr tək saf, duru olduğunu, qranit kimi kəsərliliyini, bal tək şirinliyini bir daha tam əlvanlığı ilə duydum, yaşadım.

 

Səndə əzəmət də, vüqar da vardır,

O uca dağların zirvəsi qardır.

Payızın, qışın da sanki bahardır,

Qızıldan, gümüşdən qaşlı Qəbələ.

 


Göründüyü kimi, şair sadə, işlək ifadələrdən rəssam tək yüz cür naxışlı, əlvan palitralı peyzaj yarada bilib.


Bir neçə gün sonra Nərimanla kitabın məziyyətləri, şagird dostumuzun, sadə kənd müəlliminin səmimi duyğu və düşüncələrinə necə poetik don biçdiyini öz aramızda müzakirə də etdik. Nəriman da qayıdıb bircə kəlmə dedi ki, kitab haqqında fikir söyləmək bir qələm adamı kimi sənin öhdənə düşür.


Təbii ki, Nəriman Hacallı kənd orta məktəbinin 1967-ci il buraxılışının əksər məzunlarına xas olan bir ərkyanalıqla missiyamı yada salırdı və mən də kitab haqqında qısaca dost sözü söyləməyə qərar verdim.


“O, mənim Anam deyil” kitabı ADPU-nun nəşriyyatında çap olunub. Kitabın redaktoru fəal və ədəbiyyatçı “sinif uşaqları”ndan olan, hazırda Qəbələnin Tüntül kənd orta məktəbinin Ana dili və ədəbiyyat müəllimi Fəxrəddin Babayev, rəyçi isə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, rayonun Bum kəndində “Bal baba” kimi tanınan Emin Baratoğludur. “Bal baba” titulunun açması ilə bağlı inşallah başqa bir yazıda...


Mirhəsən Mirzəbəyli yeni kitabına bir neçə bədii və sənədli hekayə, avtobioqrafik oçerk, vətənpərvərlik mövzusunda yazılar, şeirlər daxil edib. Ömrü boyu kənddə yaşayan, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan, idmanı özünün və ətrafındakıların gündəlik həyat tərzinə çevirməyi ustalıqla bacaran sadə bir insanın şahidi olduğu hadisələr, yaşadığı ülvi hisslər nəsrin və poeziyanın əzəli qanunları çərçivəsində, ədəb-ərkan və milli dəyərlər səviyyəsində oxuculara təqdim olunur. “O, mənim Anam deyil” hekayəsi günümüzün reallıqlarını doğru-dürüst əks etdirən, valideyn-övlad münasibətlərinə geniş spektrdə işıq salan bədii nümunə kimi olduqca dəyərlidir. Müəllif oxucuya ən əsası onu demək istəyir ki, kasıbçılıq, ehtiyac saf ailə qurmğa mane olmamalıdır, vətənə, elə bağlılıq, sədaqət fonunda yüksək tərbiyəli, savadlı övladlar yetişdirməkdə əngələ çevrilməməlidir. Əksinə, çətinliklər görmək, aza da, çoxa da qane olmaq gələcəyin insanının bərkdən-boşdan çıxması, hər cür əzaba sinə gərmək bacarığına yiyələnməsi yolunda məhək daşına çevrilməlidir. İradə, Fərid, Xuraman və Vaqif kimi obrazların həyata baxışı Mirhəsən müəllimin ürəyindən keçənlərin sınanmış barometrinə çevrilirsə, deməli, müəllif məqsədinə çata bilmişdir.


Mirhəsən müəllimin anası Balaxanım nənəni yaxşı xatırlayıram. Bu xanım-xatun qadın doxsan üç il ömür sürdü. Ömrünün son həftələrində də yaddaşı üstündəydi. Onunla hər görüş bizim üçün əsl bayrama çevrilərdi. Bayatılar söylər, xatirələr danışar, Azərbaycanın müxtəlif guşələrində, Dağıstanda keçirdiyi xoş məqamları yada salardı. On uşaq böyütmüş “Qəhrəman ana” adına layiq görülmüşdü. Onun qardaşı Baba Babayev də məsul vəzifələrdə çalışsa da, əsl ürək adamı idi, bir neçə şeirlər kitabı çıxmışdı. Mirhəsənin atası Əlbala müəllim rayonun adlı-sanlı ziyalılarından, ağsaqqallarından olub. Belə bir mühitdə doğulub boya-başa çatan qardaşımız yazmaya bilməzdi və onun poetik dünyası gəncliyindəki kimi, yenə zəngindir, gözəl duyğularla dopdoludur. Mirhəsənin “İsmayıl bəy Qutqaşınlının əziz xatirəsinə”, “Xocalı”, “Yavaş-yavaş qoclıram”, “Mənim üçrəngli bayrağım” və digər şeirlərində keçmişə ehtiram, gələcəyə inam, insana sevgi, vətənə məhəbbət hissləri obrazlı ifdələrlə, parlaq simvolizə yolu ilə təqdim olunur.

 

Vaxt yetişər, düşmənləri əzərik,

Şuşanı, Laçını bir-bir gəzərik.

Gül-çiçəklə o yerləri bəzərik,

Düşməni qovarıq yuvasınadək,

...İndi gedəmmirik biz Qarabağa.

 

Mirhəsən müəllim öz poetik ümidlərinin reallaşacağı həsrətindədir. O günə isə az qalıb, əziz qardaşım. İnşallah, arzun çiçək açar, Qarabağa yol alarıq, sən də bizimlə bir sırada.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı 18 Sentyabr 2019, 11:20 Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq... 18 Sentyabr 2019, 11:19 Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə 18 Sentyabr 2019, 11:16 Hüquq müdafiəçilərindən sosial şəbəkələrdə söyüşlə bağlı MÜRACİƏT 18 Sentyabr 2019, 11:14 Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək” 18 Sentyabr 2019, 11:06 Zakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədi - FOTOLAR 18 Sentyabr 2019, 11:04 Cəmil Quliyev yeni vəzifəyə təyin olundu 18 Sentyabr 2019, 11:01 Elmar Məmmədyarov Vatikan Şərq Kilsələrinin Konqreqatını Bakıya dəvət etdi 18 Sentyabr 2019, 10:57 Maşınla adam vurub öldürən sürücü tutuldu 18 Sentyabr 2019, 10:55 Ötən gün yol qəzalarında 7 nəfər ölüb 18 Sentyabr 2019, 10:51 BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi 18 Sentyabr 2019, 10:33 “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi Heydər Əliyev Mərkəzində 18 Sentyabr 2019, 10:27 Azərbaycan dilinin izdivac və idxal prosesində gücü 18 Sentyabr 2019, 10:27 Ermənistan atəşkəsi 20 dəfə pozdu 18 Sentyabr 2019, 10:24 AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Sədr İZAH ETDİ 18 Sentyabr 2019, 10:18 Mahir Emrelinin evini yaranlar tutuldu - FOTOLAR 18 Sentyabr 2019, 10:14 Azərbaycanlı din xadimindən ŞOK AÇIQLAMA: “Bəzi hicablı qadınlar elə bərbad geyinirlər ki...” 18 Sentyabr 2019, 09:55 “Sosial evləri alıb “mənzil kolleksiyası” yaradırlar” - ETİRAZ 18 Sentyabr 2019, 09:40 Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ 18 Sentyabr 2019, 09:36 Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43