Arxiv
5 Sentyabr 2019, 09:55 | MEDİA
AzTV-də daha bir təyinat - Füzuli Məcidliyə vəzifə verildi - DOSYE

AzTV-nin yeni sədri televiziyanın simasını dəyişməkdə və ciddi islahatlarda qərarlı görünür. Belə ki, dövlət televiziyasının Qazaxıstan və Mərkəzi Asiya dövlətləri üzrə bürosuna da yeni rəhbər təyinatı olub.

Modern.az xəbər verir ki, televiziyanın sədri Rövşən Məmmədovun əmrinə əsasən,  bu posta tanınmış jurnalist Füzuli Məcidli gətirilib.


Füzuli Məcidli 1982-ci ildə anadan olub. Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr, Beynəlxalq iqtisadi münasibətlər fakütəsinin magistraturasını fərqlənmə ilə bitirib.


AMEA Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və xarici siyasətin tarixi ixtisası üzrə əyani doktoranturasını bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.  


1999-cu ildən “Bizim əsr”, “Şərq”, “Həftə içi” qəzetlərində çalışıb, 2005-ci ildən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri və Mərkəzi Asiya ölkələri üzrə bürosunun rəhbəri vəzifələrində işləyib, “Ortaq Məxrəc” “Rəqəmsal dünya” və “İnformasiya cəmiyyəti” verilişlərinin aparıcısı və redaktoru olub.


AMEA İnformasiya Texnologiyaları İnstitutunun İnformasiya Cəmiyyəti şöbəsində elmi işçi kimi çalışıb.


2016-cı ildən qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (TWESCO) prezidentinin məsləhətçisidir. TWESCO-dakı fəaliyyəti çərçivəsində türkdilli dövlətləri, o cümlədən, Azərbaycanı əhatə edən müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsində fəal iştirak edib.


Beynəlxalq nəşrlərdə elmi və publisistik məqalələrlə çıxış edib və Qazaxıstan mediasında ardıcıl şəkildə məqalələri çap olunub. 


Tərcümə fəaliyyəti ilə də məşğuldur, Xocalı ilə bağlı bir neçə filmin ingilis dilinə, qazax şairi Mağjan Jumabayevin şeirlərinin Azərbaycan dilinə tərcüməsini həyata keçirib, Nəsiminin şeirlərinin qazax dilinə tərcüməçilərindən biri olub.


İngilis, rus, türk və qazax dillərini bilir.


Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.


Evlidir, iki övladı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti dəyişdi 15 Noyabr 2019, 23:47 Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı 15 Noyabr 2019, 23:32 Aksiyada polisə qarşı nalayiq hərəkət edən jurnalist cərimələnib 15 Noyabr 2019, 23:16 “Instagram” laykların sayını gizlətməyə başlayıb 15 Noyabr 2019, 23:03 Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı 15 Noyabr 2019, 22:46 Boşanan kişilər üçün sığınacaq yaradılır 15 Noyabr 2019, 22:29 Gəncədə oğul atasını qətlə yetirdi 15 Noyabr 2019, 22:13 Tramp impiçment  barədə danışdı 15 Noyabr 2019, 21:54 Mühacir skandalı böyüyür: Arif Hacılı mətbuat konfransı keçirəcək 15 Noyabr 2019, 21:37 5 PKK terrorçusu zərərsizləşdirildi 15 Noyabr 2019, 21:25 Krım zooparkında cırtdan donuzlar məhv edildi - SƏBƏB 15 Noyabr 2019, 21:11 Generaldan plyonka ilə bağlı göstəriş - RƏSMİ 15 Noyabr 2019, 20:55 İlham Əliyev Xalq Cəbhəsi dövründən danışdı: Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər   15 Noyabr 2019, 20:37 "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq" - Nikola Yurçeviç 15 Noyabr 2019, 20:19 İŞİD-in əsas rəhbərlərindən daha biri həbs edildi 15 Noyabr 2019, 20:06 Bərdədə 19 yaşlı gənc bıçaqlandı 15 Noyabr 2019, 20:00 Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss edib - SPİKER 15 Noyabr 2019, 19:48 Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya GƏTİRİLDİ 15 Noyabr 2019, 19:36 Azərbaycan meyvə-tərəvəz ixracını artırıb   15 Noyabr 2019, 19:20 “Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08