Arxiv
10 Sentyabr 2019, 14:00 | AKTUAL
BDU-nun 100 illiyi Avropanın mərkəzində qeyd olundu

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir.

 

AZƏRTAC xəbər verir ki, Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirinə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıblar.

Yubiley mərasimi BDU tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirildiyi videokadrın nümayişi ilə başlanıb.

 

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış ediblər.

Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.

 

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək səviyyədə qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Qonaqları universitetin 25 minlik böyük kollektivi adından salamlayan rektor ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən BDU-nun yubileyinin müxtəlif səviyyələrdə, o cümlədən UNESKO-nun iqamətgahında, dünyanın bir sıra ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib.

Universitetin keçdiyi şərəfli yola qısa ekskurs edən Elçin Babayev vurğulayıb ki, bu tarixi inkişaf mərhələsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22 mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU bu gün iki elmi-tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri, 125 kafedrası, 3 milyona yaxın kitab fondu olan böyük kitabxanası və digər üstünlükləri ilə tanınır.

Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrətli alimlər, siyasi xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarca məşhur sima bu şərəfli siyahıda yer tutur.

 

Universitetin bu günü haqqında danışarkən Elçin Babayev dünyanın tanınmış ictimai-siyasi xadimlərinin bu universitetin fəxri doktoru olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır: “Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar”.

Çıxışının sonunda rektor Elçin Babayev Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri fərmanını təqdim edib.

 

Tədbirin bədii hissəsində gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə “Xəzər virtuozları” kamera orkestri konsert proqramı təqdim edib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər Cəmilə Qaraçaylı (skripka), Arslan Növrəsli (tar) və Etibar Əsədlinin (fortepiano) ifaları maraqla qarşılanıb.

Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. Mədəniyyət Mərkəzinin zallarında BDU-nun 100 illik fəaliyyəti haqqında tarixi və müasir fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

 

Qeyd edilməlidir ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu ilin noyabr ayında Bakı şəhərində tədbirlər silsiləsi keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftdən asılılığı aradan qaldıra bilmirik 16 Sentyabr 2019, 12:39 Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir   16 Sentyabr 2019, 12:36 5 avroya təyyarə bileti satılır! ƏN UCUZ AVİAŞİRKƏTLƏR 16 Sentyabr 2019, 12:36 Payızda bu xəstəliklərə qarşı diqqətli olun! 16 Sentyabr 2019, 12:28 Milli Şura mitinq üçün Bakı Meriyasından yer İSTƏDİ 16 Sentyabr 2019, 12:24 Ən qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI 16 Sentyabr 2019, 12:23 Fişənglər göy  əvəzinə yerdə partladı... 20 yaralı var! 16 Sentyabr 2019, 12:18 Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb 16 Sentyabr 2019, 12:12 Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA 16 Sentyabr 2019, 12:08 Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27