Modern.az

Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR

 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR

14 Sentyabr 2019, 22:41

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gedib.

Modern.az  xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Sonra Mehriban Əliyeva burada İsmayıllı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Birinci vitse-prezidenti Mehriban Əliyeva daha sonra  İsmayıllı rayonunun Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən evdə görülən işlərlə tanış olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır