Modern.az

Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI

Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI

15 Sentyabr 2019, 11:47

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bakı şəhəri Təhsil İdarısindən Modern.az-a verilən məlumata görə, 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 nəktəbdə əsaslı təmir işləri (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM) aparılıb.

3 məktəbin (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binaları sökülərək yenidən, 5 məktəbin (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpusları sökülərək yenidən tikintisi aparılıb.
1 təhsil müəssisəsində (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub.
"Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb (161 nömrəli tam orta məktəb) tikilib.
Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilib.
Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb tikilib istifadəyə verilib.

Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır