Modern.az

Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

17 Sentyabr 2019, 10:33

Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlandığı, həmin kəndlərdə karantin elan edildiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib. Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb:

" Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir