Arxiv
18 Sentyabr 2019, 23:14 | AKTUAL
Hökumət hərbi xərcləri artırır

İsveç hökuməti ölkəsinin hərbi büdcəsini genişləndirmək niyyətindədir.

Modern.az  Azərtac-a istinadla xəbər verir ki, 2020-ci il üçün büdcə haqqında qanun layihəsində hökumət 2022-ci ilədək hərbi müdafiəyə daha 5 milyard İsveç kronu (466,5 milyon avro) ayırmağı təklif etmək niyyətindədir.

Hökumətin planlarına görə, əlavə pulların cəlb edilməsi yeni bank vergisi hesabına təmin edilməlidir.

Büdcə haqqında qanun layihəsi hökumət, Mərkəz Partiyası və Liberal Partiya arasında saziş əsasında hazırlanıb. Saziş 2022-ci ilə qədər müdafiə xərclərinin 5 milyard kron artırılmasını nəzərdə tutur. Bundan əlavə, sənəddə Müdafiə Komissiyasının təkliflərinə müvafiq olaraq 2025-ci ilə qədər büdcəyə hər il daha 5 milyon kron əlavə olunması qeyd edilir. Bu maliyyələşdirmə səmərəli şəkildə paylanmalıdır.

Qeyd edək ki, İsveç istər Avropada, istərsə də bütövlükdə dünyada vəziyyətin pisləşməsi ilə əlaqədar şəxsi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Məsələn, İsveç Silahlı Qüvvələri qonşu ölkələrlə təhlükəsizlik haqqında müqavilələr imzalamağa başlayıb. Bu müqavilələr tərəflərdən biri münaqişəyə cəlb olunduğu zaman qarşılıqlı yardım göstərilməsini nəzərdə tutur. İsveç satın aldığı silahların həcmini də artırıb. Məsələn, İsveçin silah alqı-satqısında ixtisaslaşan "Försvarets Мaterielverk" idarəsi uzun sürən danışıqlardan sonra 2018-ci ilin avqustunda İsveç Silahlı Qüvvələri üçün “Patriot PAC-3+” zenit raket sisteminin alınması haqqında ABŞ hökuməti ilə rəsmi saziş imzalayıb. Əqdin dəqiq məbləği açıqlanmır, lakin yerli ekspertlərin təxmininə görə, söhbət milyardlarla dollardan gedir. Bundan əlavə, İsveç hərbçiləri təlimlərin sayını nəzərəçarpacaq dərəcədə artırıblar. Krallıq hökuməti isə ölkənin müdafiə sahəsinə xərclərin artırıldığını elan edib. Təkcə 2015-2020-ci illər dövrü üçün müdafiəyə əlavə olaraq təqribən 33 milyard İsveç kronu (3,7 milyard avrodan çox) ayrılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10 Səxavət Məmmədovun Amerikadakı YADİGARI 15 Dekabr 2019, 12:04 “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm” - 73 yaşlı Xalq şairi 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39