Modern.az

Bu da son: ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirirlər - VİDEO

Bu da son: ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirirlər - VİDEO

19 Sentyabr 2019, 08:37

Ermənilər işğal altında saxladıqları Kəlbəcər rayonunda daha bir tədbir keçirməklə səbrimizə növbəti dəfə dağ basıblar.

Modern.az saytının məlumatına görə, sentybarın 14-də Kəlbəcər rayonunda “bal festivalı” keçirən ermənilər bunu bütün dünyaya nümayiş etdiriblər.

“Festivalda” Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan da iştirak edib.

“Festivalda” Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənib. Hətta Ermənistan da da tədbirə qatılanların olduğu bildirilir.

Qeyd edək ki, ermənilər Kəlbəcər rayonun adını Karvaçar adlandırırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi