Arxiv
20 Sentyabr 2019, 20:50 | AKTUAL
Dünya VİZAdan imtina edir

"Ümumdünya Turizm Təşkilatı (ÜTT) 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv ediləcəyinə ümid edir. Təxminən 10 il əvvəl dünya əhalisinin 77%-i vizalara ehtiyac duyurdusa, indi bu göstərici 50%-dən bir qədər çoxdur. Yenə də böyük göstəricidir. Ümid edirik ki, on ildən sonra viza olmayacaq. Qoy övladlarımız vizanın nə olduğunu bilməsinlər. İstəyimiz turizmin hamı üçün açıq olmasıdır. Bir sıra ölkələrdə "xüsusi təhlükəsizlik məsələləri" hələ də qalmaqdadır, lakin ÜTT buna baxmayaraq, viza rejiminin ləğvinin lehinə çıxış edir".

Modern.az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, bunu ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyib.

Bütün ölkələrdə vizaların ləğvi ilə bağlı Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov deyib ki, buna birmənalı yanaşmaq olmaz: "Dünyada daimi münaqişə ocaqları var ki, turistlər həmin yerlərdən yan keçməyə çalışırlar. Yəni vizalar ləğv edilsə də, turistlər münaqişə ocaqlarından yan keçirlər. Harada gərginlik varsa, münaqişə varsa, bu, turizmin inkişafı üçün mane olan faktordur. Bəzi dövlətlərarası münasibətlərdə vəziyyət mürəkkəbləşir. Vizasız turizm barədə o vaxt danışa bilərik ki, dünyada sabitlik olsun. O zaman bütün ölkələrdə vizaların ləğv olması mümkündür".

O, bildirib ki, ancaq biz çox sakit olmayan dünyada yaşayırıq və daim gərginliklər yaranır: "Məsələn, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adasını almaq istəyir. Sabah, ola bilər, buna görə ABŞ ilə Danimarka arasında gərginlik yaransın. Bu, təbii bir prosesdir. Ona görə də vizaların ləğv edilməsi heç də turizmin inkişaf etməsi demək deyil. Bu, bir çox amillərdən asılıdır. Məsələn, biz vizaları ləğv etsək, sabah ABŞ-la İran arasında gərginlik olsa, bu, turizmin axınına mənfi təsir edəcək. Ancaq hər bir dövlət maraqlıdır ki, gəlir mənbəyi kimi turizmi inkişaf etdirsin".

"Bu gün turistlər bahalı turizm yerlərindən qaçırlar. Çalışırlar ki, kənd turizminə, aqrar turizmə yönəlsinlər, daha ucuz yerlərə getsinlər. Ümumdünya Turizm Təşkilatının niyyəti müsbətdir. Ancaq bu, o demək deyil ki, vizalar ləğv olsa, turizm axını artacaq. Buna geniş səpkidən baxmaq lazımdır", - deyə professor qeyd edib.

Turizm üzrə ekspert Azər Allahverənov deyib ki, bir sıra ölkələrdə artıq bu istiqamətdə müəyyən işlər görülür: "Məsələn, Avropa İttifaqına daxil olan ölkələr arasında və yaxud Amerika qitəsindəki bir sıra ölkələr arasında viza olmadan turist axını həyata keçirilir. Azərbaycanda aidiyyəti strukturlar bu istiqamətdə araşdırma aparmalıdır. Bizdə əsasən MDB məkanına vizasız gediş-gəliş var. MDB ölkələrinin vətəndaşları ölkə ərazisinə rahat şəkildə gəlib-gedə bilirlər. Bundan başqa, sentyabr ayının 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Bu səpkidə işlər aparılır".

"Düşünmürəm ki, 10 ildən sonra Azərbaycan bunu tətbiq etsin. Amma Azərbaycan da bu istiqamətdə müəyyən addımlar atır. 10 ildən sonra bütün ölkələrdə vizaların ləğv edilməsi mümkün deyil. Amma təxmin etmək olar ki, əksər ölkələrdə bu, tətbiq edilə bilər. Əgər vizalar ləğv edilərsə, bu, miqrasiya mübadiləsinin daha intensiv xarakter almasına gətirib çıxara bilər", - deyə ekspert bildirib.

Qeyd edək ki, sentyabrın 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, Türkiyə vətəndaşlarına tətbiq olunan viza prosesi onsuz da sadələşdirilmiş viza qaydasında həyata keçirilirdi: "Yəni bu viza birbaşa hava limanında əldə edilirdi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneə də aradan götürülüb və bu şəxslər artıq rahat qaydada ölkəmizin bütün sərhəd nəzarət-buraxılış məntəqələrindən keçə bilərlər".

V.Hüseynov bildirib ki, bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər: "Azərbaycan vətəndaşları Türkiyəyə necə səfər edə bilirlərsə, eyni qaydada Türkiyə vətəndaşları da ölkəmizə rahat şəkildə səfər edirlər. Bununla bağlı heç bir problemli məqam yoxdur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əşrəf Qəni İlham Əliyevi belə təbrik etdi: 5 mart 2021, 11:02 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Goranboyda fermer və sahibkarlarla birgə toplantı keçirilib   5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ və Britaniya Moskvaya qarşı yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 DİM kolleclərə qəbulla bağlı yeni model haqda məlumat yaydı 5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə məcburi köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52 “Deyirlər ki, bəs səni niyə deputat seçmişik?!” - MÜSAHİBƏ 5 mart 2021, 08:45 Zakir Həsənov Hulusi Akara və  Yaşar Gülerə başsağlığı verdi 5 mart 2021, 08:30 Mübariz Mənsimov bu gün məhkəməyə çıxarılır - İş adamı azadlığa çıxa bilər 5 mart 2021, 08:08 ÜST Uhandakı araşdırmalarla bağlı məruzəni açıqlamaqdan imtina etdi 5 mart 2021, 01:00 ABŞ-da Corc Floyd adına qanun layihəsi qəbul edildi 5 mart 2021, 00:54 ABŞ-dan sunami xəbərdarlığı 5 mart 2021, 00:39 Helikopter qəzasında həlak olan general kimdir? - FOTO 5 mart 2021, 00:24 Paytaxtda motosiklet sürücüsü qəzada xəsarət aldı 5 mart 2021, 00:08 Bakıda muzdla işləyənlər 1000 manata yaxın əməkhaqqı alır? 4 mart 2021, 23:56