Arxiv
22 Sentyabr 2019, 17:25 | MEDİA
Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI

Bu gün 100 illik tarixi olan Azərbaycan Dövlət Sərhədinin 27 ildir qoruyucusu olan Elçin Quliyevin doğum günüdür.  52 yaşı tamam olur.

Hazırda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi düz 27 ildir, 1992-ci ilin iyun aylarından tanıyıram. O zaman mən "Qusar" qəzetinin əməkdaşı idim. Elçin Quliyev  həmin vaxt - 1992-ci il iyun ayının 16-da Qusarın Rusiya-Azərbaycan sərhədində -Samur çayı üzərində müstəqil Azərbaycanın ilk sərhəd məntəqəsinin -Yalama əlahiddə sərhəd  buraxılış məntəqəsinin rəisi kimi xidmətə başlamışdı. Çox çətin bir dövr idi o zaman. Qaragüruhçu qüvvələrin baş qaldırdığı, yenicə müstəqilliyinə  qovuşmuş dövlətimizin suverenliyinə və təhlükəsizliyinə real təhlükə olduğu bir dövrdə, ölkə xaricindən və daxildən körüklənən separatizm meyllərinin gücləndiyi bir vaxtda  baş leytenant Elçin Quliyev Azərbaycanın Rusiya ilə sərhədinin mühafizəsinə başlayıb. Ovaxtki prezident, rəhmətlik Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılan Yalama əlahiddə sərhəd buraxılış məntəqəsi baş leytenant Quliyevin rəhbərliyi altında çətin şəraitdə xidməti iş aparmağa başlayıb. O zaman dəmir vaqonlarlarda yerləşən məntəqənin cəmi 14 nəfər əməkdaşı var idi. Bu il iyunun 16-da yaranmasından 27 il ötən Yalama əlahiddə sərhəd buraxılış məntəqəsi 1995-ci ildə Xudat sərhəd dəstəsi adlandırılıb. 1995-ci ildən - 2001-ci ilədək Xudat sərhəd dəstəsinin rəisi vəzifəsində çalışan Elçin Quliyev 2001-ci ildə mərhum prezident, Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın Sərhəd Qoşunlarına rəhbər təyin olunub. Bu yazımda Elçin Quliyevin tərcümeyi-halından geniş danışmayacağam, buna ehtiyac da yoxdu.

 

Sadəcə bir faktı demək istəyirəm ki, Azərbaycanda Sərhəd Mühafizəsi İnstitutunun yaranmasında, bu gün belə  müasir hərbi infrastruktur kimi təşəkkül tapmasında Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin birbaşa diqqət və qayğıları sayəsində, rəhbərlikləri altında  Elçin Quliyevin  müstəsna xidmətləri var. 27 ildir bu sahədən yazan jurnalist kimi bunu əminliklə deyirəm.

 

Onu da əminliklə deyirəm ki, unudulmaz Heydər Əliyevin və Ali Baş Komandan  İlham Əliyevin Azərbaycanın Dövlət Sərhədlərinin maddi-texniki bazasının gücləndirilməsində, inkişafında misilsiz xidmətləri  var. Bu gün bu diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycanın Rusiya, İran, Gürcüstanla sərhədlərində, hava və su sərhədlərində maddi-texniki baza müasir  texniki  avadanlıqla təçhiz olunaraq çox sürətlə  inkişaf edib. Bunu sərhəd keçid məntəqələrində son 25 ildə tikilən yeni, müasir buraxılış məntəqələri, sərhəd zastavaları, komendaturalar bir daha sübut edir. Bu günlərdə 18 avqust günü ilə əlaqədar Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Yuxarı Tahircal kəndindəki sərhəd zastavasına getmişdim. Adam ucqar bir dağ kəndində belə müasir, yüksək xidmət üçün hər cür şəraiti olan zastavanın inşa edilməsinə sözün həqiqi mənasında qürur duyur. Dövlət rəhbərliyinə, DSX rəhbərliyinə bir daha təşəkkür etdim həmin binaya baxandan, tanış olandan sonra.

 

Bu gün  cənab general -polkovnik Elçin Quliyevin doğum günündə ürəkdən  gələn sözlərimi qələmə almağı qərara aldım. Adətən həm televiziyada, həm saytda işlədiyim dövrdə  sərhəd məntəqələrinə və zastavalarına yazı, reportaj  hazırlamaq üçün  həmişə rəsmi icazə ilə daxil olmuşam. Bu dəfə isə icazəsiz hazırladım bu yazını...Bir sıravi Azərbaycan vətəndaşı, həm də uzun illərdir sərhəddən yazan bir mətbuat nümayəndəsi kimi  DSX rəisi, cənab general -polkovnik Elçin Quliyevi doğum günü münasibətilə təbrik etməyi özümə borc bildim.Təbrik edirəm, cənab general-polkovnik. Dövlət sərhədlərimizin mühafizəsində Sizə çoxluca uğurlar və möhkəm sağlamlıq arzu edirəm.

 

Aytəkin Alxaslı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
72 yaşlı qələm adamı: “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm...” 15 Dekabr 2019, 11:08 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi vəfat edib 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin seçicilərə paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54