Modern.az

“TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək

“TikTok” 16,8 milyon dollar cərimə ödəyəcək

Dünya

25 Sentyabr 2026, 05:55

“TikTok” Böyük Britaniya İnformasiya Komissarlığı Ofisinin (ICO) 2023-cü ildə tətbiq etdiyi 12,7 milyon funt-sterlinq (16,8 milyon dollar) cərimə ilə bağlı apellyasiya şikayətini geri götürüb.

Modern.az xəbər verir ki, cərimə 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının mühafizəsi qaydalarının pozulmasına görə tətbiq edilib.

ICO-nun məlumatına görə, “TikTok”un qaydaları bu yaş qrupunda olan uşaqların platformadan istifadəsini qadağan etsə də, 2020-ci ildə Böyük Britaniyada təxminən 13 yaşdan kiçik 1,75 milyon uşaq “TikTok”dan istifadə edib.

Böyük Britaniya qanunvericiliyinə əsasən, 13 yaşdan kiçik uşaqlara onlayn xidmət göstərən şirkətlər valideyn və ya qəyyum razılığı almalıdır.

“TikTok” Çin texnologiya şirkəti” ByteDance”yə məxsusdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!