Modern.az

Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR

Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR

Aktual

24 Sentyabr 2019, 11:34

Bakıdakı “Four Season”otelində Səduyyə Ərəbistanı Krallığının Milli günü şərəfinə tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbiri Səduyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd Abdullah Xudeyr açıb.

Səfir tədbirə gəlmiş bütün qonaqları iki Müqəddəs Məscidin xadimi, Kral Salman bin Əbdüləzizin,Səduyyə Ərəbistanı Krallığının Höküməti və Xalqı adından salamlayıb. Bildirib ki, 1932-ci il sentyabrın 23-də ölkəsinin qurucusu və banisi Kral Əbdüləziz Al Səud yarımadada yaşayanları “Səduyyə Ərəbistanı” adı altında birləşdirib və Konsitutsiyası “Qurani-Kərim”, peyğəmbəri Məhəmməd olan bir dövlət qurub. Krallıq bu il öz Milli gününü “Zirvəyədək Əzmkarlıq” şüarı altında qeyd edir.
Çıxışına Azərbaycan və Səduyuə Ərəbistanı münasibətləri ilə davam edən səfir Haməd Abdullah Xudeyr deyib ki, onun ölkəsi Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.

Daha sonra Azərbaycanın maliyyə naziri Samir Şərifov çıxış edib, Azərbaycan Respublikasının Prezidenti və Hökuməti  adından təbriklərini çatdırıb.

Samir Şərifov bildirib ki, ölkələr arasında qarşılıqlı hörmətə və İslam irsinə əsaslanan qardaşlıq münasibətləri üzərində qurulmuş güclü əməkdaşlıq mövcuddur. Nazir vurğulayıb ki, Səduyyə Ərəbistanı 1991-ci il dekabrın 30-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 1992-ci ilin fevral ayında isə ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Səduyyə Ərəbistanına həyata keçirdiyi səfərlər ölkələr arasında siyasi-iqtisadi əlaqələrin inkişafına təkan verib. İndiyədək Azərbaycan və Səduyyə Ərəbistanı arasında 20 sənəd imzalanıb və 8 sənəd üzərində imzalanma işi aparılır.

Çıxışında iki ölkə arasında genişlənən turizm imkanlarına da toxunan nazir bildirib ki, 2018-ci ildə Səduyyə Ərəbistanında Azərbaycana səfər edən turistlərin sayı 89 min nəfər olmuşdusa, 2019-cu ildə bu rəqəm 10 mini keçib.
Samir Şərifov deyib ki, Azərbaycan-Ermənistan arasında baş verən münaqişədə Səduyyə Ərəbistanı Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı Ermənistan dövləti ilə diplomatik münasibətlərin qurulmasından qəti şəkildə imtina edir.

Nazir sonda Azərbaycana dost və qardaş olan Səduyyə Ərəbistanı xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

 

Leyla ŞAH

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı