Modern.az

123 yaşlı Sona nənə hər axşam süd içir, hər səhər qaymaq yeyir...

123 yaşlı Sona nənə hər axşam süd içir, hər səhər qaymaq yeyir...

27 Sentyabr 2019, 13:07

Sosial şəbəkələrdə Neftçala rayonunun Beşdəli kəndində 123 yaşlı nənənin təvəllüdü müzakirə mövzusu olub. Bir çoxları 1896-cı il doğumlu Sona Səmədovanın 123 yaşı olmağına inanmır.

Modern.az-ın əməkdaşı Sona nənənin nəticəsi ilə danışıb. Nəticə Şahinə xanım deyib ki, kim istəyirsə nənənin şəxsiyyət vəsiqəsinə baxa, sənədləri ilə tanış ola bilər.

O, ölkənin ən yaşlı sakinlərindən olan Sona Səmədovanın 123 yaşı, 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi olduğunu vurğulayıb.

Müsahibimiz deyir ki, ağbirçək hər axşam süd içməmiş yatmaz:

“Hər yeməyi yeməz, yeyəndə də az yeyir. Səhərlər mütləq qaymaq yeyir, yağlı, duzlu qidaları xoşlamır. Ancaq təbii məhsulları yeyir deyə, sağlam qalır. Biraz əsəbləri gərgindir, lakin başqa ciddi bir xəstəliyi yoxdur. Özü yavaş-yavaş da olsa,  yeriyə bilir. Baxımlı, təmiz olmağı çox sevir, hər gün mənə saçlarını daradır. Gözləri əməliyyat olunub deyə, görməsi də yaxşıdır”.


Nəticəsinin sözlərinə görə, Sona nənənin anası da 100 ildən çox ömür sürüb.


“Bacıları,qardaşları hamısı dünyasını dəyişib. Sona nənəm o ailədən qalan tək adamdı. Nənəmin qızlarına da uzunömürlü demək olar. Çünki artıq bir neçəsinin 90-dan çox yaşı var. Bəzən inanmırlar ki, onun 123 yaşı var, amma sənədlə də sübut edə bilərik ki, doğurdan da onun yaşı belədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?