Arxiv
5 Oktyabr 2019, 14:51 | TƏHSİL
Deputat: ““Müəllimlər günü” ilə bağlı ilk olaraq qaynanamı təbrik etdim” – SORĞU  

5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.

 

Bu gün Azərbaycan müəllimləri də öz peşə bayramlarını qeyd edirlər.

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.

 

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Bu gün xalqın hər ziyalısı topladığı bilik və bacarıqları məhz müəllimləri sayəsində qazanıb. Gəlin görək, bu gün işlərinin peşəkarı olan şəxsiyyətlərimiz öz müəllimlərini təbrik edibmi?

 

Modern.az bu gün öz müəllimlərini təbrik edən fərqli ixtisas sahibləri arasında sorğu keçirib.

 

Milli Məclisin deputatı Sona Əliyeva üzərində zəhməti keçən müəllimlərini təbrik edib.

“Mənim həyatımda böyük rolu olan iki müəllimim olub ki, onun biri rəhmətə gedib. Digər müəllimim isə mənim sinif rəhbərim olub və mənim uşaqlarımın da sinif rəhbəro olub. Həmin müəllim bizim ailədə yeri, hörməti olan adamdır. Universitet (ADPU) müəllimlərimlə əlaqəm yoxdur, amma məktəb müəllimlərimdən həyatda olanlar var. Onlardan hansıyla səmimi münasibətim varsa onları təbrik etmişəm ”.

 

Sona Əliyeva bildirib ki, qaynanası da müəllimdir və o, birinci məhz onu təbrik edib.

“Mən ailəmdə qaynanam da müəllimədir. İlk növbədə onu təbrik etmişəm. Bütün müəllimlərə can sağlığı, bu şərəfli, lakin çətin peşədə onlara səbr arzulayıram. Demək istəyirəm ki, müəllimlər həqiqətən bu millətin, xalqın yaradıcılarıdır. Onların hazırladıqları insanlar bu cəmiyyətin bünövrəsini təşkil edir. Ona görə də müəllimlik peşəsi ən çətin, ləyaqətli peşə olmaqla yanaşı həm də ən məsuliyyətli  sənətdir. Bu baxımdan  onlara böyük qüvvət, səbr və uğur arzu edirəm. Azərbaycan müəlliminin bu cəmiyyətdə həmişə yeri böyük olub və olacaq. Azərbaycan xalqının müəllimə qoyduğu hörmət, dəyər digər heç bir yerlə müqayisə oluna bilməz. Bu məhz o dəyərdir ki, bir nəfər başqasına hörmət əlaməti olaraq müraciət edəndə “müəllim” deyə səslənir. Azərbaycan müəllimlərinə bu şərəfli peşəni şərəflə daşımağı arzu edirəm”.

 

Teletənqidçi, Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Modern.az-a bildirib ki, hər il olduğu kimi bu il də müəllimlərini yad edib və onları təbrik edib.

“Mənim orta məktəb müəllimim sağdır, onu təbrik etmişəm. Ümumilikdə isə işini layiqincə görən müəllimləri, Yalçın Əlizadəni (1992-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsini dekanı) təbrik etmişəm. Əvvəllər ən birinci Şirməmməd müəllimə zəng edib onu  təbrik edirdim. İndi dünyada yoxdur, amma ruhunu yad edirəm. Mənə dərs deməyən, lakin tanıdığım şərəfli müəllimlər var ki, onları burdan təbrik etmişəm”.

 

Qulu Məhərrəmli bildirib ki, müəllimliyin müqəddəsliyini içində yaşamasan onun nə demək olduğunu bilməyəcəyik.

“ Təəssüf ki, layiqsiz, adını müəllim qoyan insanlar da gördük. Amma həqiqətən bu peşənin müqəddəsliyini özündə yaşadan şərəfli müəllimlər çoxdur. Biz orta məktəb müəllimləri ilə  tez-tez əladə oluruq, görürük ki, necə işıqlı, enerjili, millətin övladlarına dərindən bilik öyrədən müəllimlər var və həmin müəllimlər insanın gələcəyə ümidlərini artırır. Ona görə də həyat da, tədris və təhsil də o müəllimlərindi. Onların bayramını təbrik edirəm ”.

 

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da saytımız vasitəsi ilə öz müəllimlərini təbrik edib.

“Mən əvvəllər ümumtəhsil məktəbində, 2 il sonra isə Fizika-Riyaziyyat təmayüllü məktəbdə oxumuşam. Əlbəttə ki, müəllimləri xatırlayıram, daha çox Fizika-Riyaziyyat təmayüllü məktəbdəki müəllimlərim bizə qarşı çox mehriban olub. İmkan tapdıqca gedib məktəbimə də baş çəkirəm. Məktəbimiz elə oxuduğum universitetin (BDU) yanındadır”.

 

Elxan Şahinoğlu qeyd edib ki, bu gün nəyəsə qadiriksə bu, müəllimlərimizin sayəsində olub.

 “İndi politoloq kimi fəaliyyət göstərirəmsə bunda tarix və coğrafiya müəllimlərimin çox böyük əməyi var. Düzdür, öz üzərimdə də çox çalışırdım, amma müəllimlərimizin zəhmətini dana bilmərik. Bir qismi dünyasını dəyişib, Allah onlara rəhmət eləsin. Bir qisim müəllimlərim sağdır, onlara fəaliyyətlərində uğurlar arzulayıram və inanıram ki,yetişkin gənclər üzərində dayanmadan çalışacaqlar ”.

 

Yazıçı, jurnalist, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid bildirib ki, bütün müəllimlərini xatırlamasa da, ilk müəlliməsini unutmayıb.

 

“Mənim ilk müəlliməm Fəridə müəllimə idi. Ağdamda 1 nömrəli orta məktəbi bitirmişəm. Onu həmişə xoş xatırlayıram. Həmin Ağdam orta məktəbin müəllimlərin çoxu məcburi köçkün oldu. Bəzən onlardan hansınasa rast gəlirəm və ya övladlarıyla rastlaşıram, onlar vasitəsilə müəllimlərimə salamlarımı çatdırıram”.

 

Rəşad Məcid bildirib ki, hazırda müəllimləri ilə konkret əlaqələri yoxdur.

“ 9-10-cu sinifi Fizika-Riyaziyyat təmayüllü məktəbdə oxumuşam, həmin müəllimlərimlə də ara-sıra rastlaşıram. Universitet (BDU) müəllimlərimlə tez-tez təmasda oluram, görüşürəm. Qohum-əqrəbada da müəllimlər var. Bütün müəllimlərin bayramını təbrik edirəm ”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat parlament seçkilərinə qatılacaq namizədlərin adlarını AÇIQLADI 16 Dekabr 2019, 14:31 Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq 16 Dekabr 2019, 14:21 Putin Yeni İli necə qeyd edəcək? 16 Dekabr 2019, 14:20 Təhsil idarəsi mərkəzdəki partlayışla bağlı məlumat YAYDI 16 Dekabr 2019, 14:03 Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:32 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək.. 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52 Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO   16 Dekabr 2019, 12:46 Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı 16 Dekabr 2019, 12:40 “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək 16 Dekabr 2019, 12:34 Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir 16 Dekabr 2019, 12:24 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15