Modern.az

Vəkilin yaltaqlıqla bağlı təklifinə deputatlardan REAKSİYA

Vəkilin yaltaqlıqla bağlı təklifinə deputatlardan REAKSİYA

Aktual

9 Oktyabr 2019, 14:15

Tanınmış vəkil Adil İsmayılov təklif edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Yaltaqlıq” adlı maddə əlavə edilərək, ictimai mənəviyyat əleyhinə cinayətlər fəslinə salınsın. Böhtan və təhqirin cinayət olduğunu deyən vəkil yaltaqlığın da təhlükəli əməl olduğunu bildirib.

Maraqlıdır, doğurdan da Cinayət Məcəlləsinə bu barədə maddə əlavə edilə bilərmi? Məsələ nə qədər realdır?


Mövzu ilə bağlı Modern.az-a danışan deputat Çingiz Qənizadə deyir ki, sıradan bir vəkilin açılqlamasının müzakirə obyekti olması ona təəccüblü gəlir.


“Adil İsmayılovun irəli sürdüyü təklif çox mənasız fikirdir, qəti şəkildə bunu pisləyirəm. Kimsə yatıb yuxusunda nəsə görüb bunu ictimaiyyətə deyəcək, mətbuat onun ardınca gedəcək?”.


Millət vəkili Fazil Mustafa isə bildirir ki,fikir ironiya formasında deyilib, lakin pis təklif deyil:


“Hüquq ironiya üzərində qurulmayıb, hüquq real ictimai münasibətləri tənzimləyir. Ümumiyyətlə yaltaqlıq mənəvi amil kimi baxılmalıdır. Çünki bu şəxsiyyətə yönəlik bir amil kimi götürülür. Buna görə də konkret bir şəxsə yönəlik hansısa bir davranış yoxdursa, onun cəzası da nəzərdə tutula bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?