Modern.az

“Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva 

“Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva 

14 Oktyabr 2019, 10:08

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Modern.az-ın məlumatına görə, payıaşımda deyilir:

 “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!