Modern.az

Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI

Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI

15 Oktyabr 2019, 12:04

Təhsil idarəsinin müdiri paytaxt məktəblərində süni şagird sıxlığından DANIŞDI

“Bakıda tədrisi digər dillərdə aparılan bölmələrdə tədrisin keyfiyyətinin artırılması məqsədilə birinci sinfə şagird qəbulu müsahibə prosesi əsasında  həyata keçirilib. Paytaxtın 12 rayonu üzrə 9 mərkəzdə yaradılmış müvafiq komissiyalar tərəfindən aparılmış müsahibələrdə müvafiq şifahi nitq bacarığı olan uşaqlar uğur qazanıblar”.

 

Modern.az-ın məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

 

Onun sözlərinə görə, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər (valideynin mikroərazidə daimi qeydiyyatı, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir:

 

“Ümumilikdə, paytaxt məktəblərinin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur.

2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib.

I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, yarana biləcək istənilən neqativ halın qarşısının alınmasına xidmət edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI