Arxiv
17 Oktyabr 2019, 10:24 | AKTUAL
Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək

MDB-nin iştirakçısı olan dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik müddətinə sədrliyi Azərbaycan tərəfi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) həyata keçirəcək. 

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

 

Bu müddətdə Azərbaycan MDB məkanında əmək, məşğulluq, sosial müdafiə sahəsində fəal təcrübə və məlumat mübadilələrinə əsaslanan qarşılıqlı faydalı əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək.

 

MDB ölkələri üçün məşğulluq, əmək və sosial müdafiə sahəsində müasir texnologiyaların tətbiqi şəraitində idarəçiliyin optimal və səmərəli nəticələrə yönəlik mexanizmlərinin formalaşdırılması, əhaliyə xidmətlərin elektron infrastruktur əsasında, innovativ yanaşmalar üzərində şəffaf və operativ təşkili, məşğulluq xidmətlərinin səmərəliliyinin və əhatəliliyinin artırılması və aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet istiqamətlərdir. Eyni zamanda, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmilləşdirilməsi, inklüziv əmək bazarının inkişaf etdirilməsi, həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin kiçik biznesə çıxışının dəstəklənməsi yolu ilə onların rifah halının yaxşılaşdırılması aktuallıq kəsb edən fəaliyyət sahələrindəndir. Bununla bərabər, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək bazarına nəzarət və bu sahədə tənzimləmə sahəsində effektiv mexanizmlərin hazırlanması və tətbiqi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əməyin mühafizəsi və s. də hazırda MDB ölkələrinin sosial gündəliyində yer tutan vacib məsələlərdir.

 

Bütün bu istiqamətlərdə fəal təcrübə və məlumat mübadilələri şəraitində MDB dövlətlərinin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün Azərbaycan tərəfi əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik sədrliyi çərçivəsində ardıcıl və məqsədyönlü işlərin aparılmasını təmin edəcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı 12 Noyabr 2019, 21:31 Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi 12 Noyabr 2019, 21:14 Ağstafa sakini bıçaqlandı 12 Noyabr 2019, 21:00 Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO 12 Noyabr 2019, 20:46 Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi 22,56 faiz artıb 12 Noyabr 2019, 20:31 Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun məhkəməsi başlayır 12 Noyabr 2019, 20:16 Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 12 Noyabr 2019, 20:10 “Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır” 12 Noyabr 2019, 19:59 “Tədricən bu göstəricilərdən uzaqlaşmalıyıq” – Vüqar Gülməmmədov 12 Noyabr 2019, 19:37 İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB 12 Noyabr 2019, 19:21 YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək 12 Noyabr 2019, 19:13 Saxlanılan müsavatçılar sərbəst buraxıldı 12 Noyabr 2019, 18:59 Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi 12 Noyabr 2019, 18:46 Nazir müavini bu rayonların təhsil işçiləri ilə görüşüb 12 Noyabr 2019, 18:34 “Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi 12 Noyabr 2019, 18:26 “Müraciətlərinin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli 12 Noyabr 2019, 18:14 Qarabağda erməni minaya düşdü 12 Noyabr 2019, 18:08 Müğənni Vüqar Muradovun evindən oğurlanan 3500 manat geri alındı 12 Noyabr 2019, 18:07 “Heydər Əliyev və Azərbaycan tarixi” yarışına rekord sayda komanda qatıldı 12 Noyabr 2019, 17:56 Arif Hacılı sərbəst buraxıldı 12 Noyabr 2019, 17:45 Baş redaktorun ailəsinə ağır itki üz verib 12 Noyabr 2019, 17:34 Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur” 12 Noyabr 2019, 17:29 İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar - FOTO 12 Noyabr 2019, 17:25 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO 12 Noyabr 2019, 17:22 Manat sabah hansı məzənnədə olacaq? 12 Noyabr 2019, 17:20 ABŞ Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır 12 Noyabr 2019, 17:14 Daha 32 Qarabağ əlili və şəhid ailəsinə ev verildi - FOTO 12 Noyabr 2019, 17:13 Yeni yaradılan saytın baş redaktoru: “Ümid edirik ki, əngəllər olmayacaq” 12 Noyabr 2019, 17:06 Azərbaycan Diaspor Könüllülərindən möhtəşəm aksiya - FOTO 12 Noyabr 2019, 17:00 Bakı Şəhər Baş Polis İdarəsi: 15 nəfər Müsavatın piketində iştiraka cəhd göstərib 12 Noyabr 2019, 16:53 Siyavuş Novruzov: “Onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?” 12 Noyabr 2019, 16:44 Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb - FOTO 12 Noyabr 2019, 16:40 Xanım deputat aliment fondunun yaradılmasını təklif etdi 12 Noyabr 2019, 16:31 Fəzail Ağamalı bank faizlərini aşağı salmağa ÇAĞIRDI 12 Noyabr 2019, 16:30 Zakir Həsənov müşavirə keçirdi - FOTO - VİDEO 12 Noyabr 2019, 16:28