Modern.az

Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO

Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO

17 Oktyabr 2019, 18:30

Azərbaycanda səfərdə olan Qlobal Jurnalistlər Şuranın (KGK) üzvləri Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı,  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alıyevanın dəvəti ilə Quba Soyqırım Məzarlığını ziyarət ediblər.

 

Modern.az-ın məlumatına görə, Sevinc Alıyeva özü haqqında məlumat verərək, həyat yoldaşının 23 il Qarabağda erməni işğalçılarına qarşı vuruşduğunu, 2 aprel 2016-ci ildə Qarabağda şəhid olduğunu söyləyib.

 

Sevinc Alıyeva rəhbəri olduğu təşkilat haqqında da jurnalistləri məlumatlandırıb və bu QHT-nin məqsədinin şəhid ailələrini, onların analarını, həyat yoldaşlarını, övladlarını bir araya toplayıb, şəhidlərin xatirəsini daim yaşatmaq olduğunu vurğulayıb.

 

Şəhid xanımı Türkiyədəki şəhid ailələrinə də çağırış edərək, şəhid ailələrini, onlarla bağlı QHT-ləri Azərbaycana dəvət edib.

Özünün də Türkiyə səfərə getməyi planlaşdırdığını deyən Sevinc Alıyeva Azərbaycan və Türkiyə şəhid ailələri, həyat yoldaşları arasında münasibətlərin çox əhəmiyyətli olduğunu söyləyib. O, qeyd edib ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir ", Heydər Əliyevin "İki dövlət, bir millət" fikrini əsas tutaraq əhəmiyyətli əməkdaşlığa ehtiyac var.

“Şəhid ailələrinin bir araya gəlməs, iki ölkə arasında münasibətləri daha da yaxşı səviyyəyə yüksəldəcək” – deyə S.Alıyeva əlavə edib.

Şəhid ailələrinə, analarına başsağlığı verən S.Aliyeva Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb:

"Türkiyəni, Azərbaycanı heç kəs məğlub edə bilməz. Bu gün bir şəhid veriləcəksə, sabah analar yüz oğul dünyaya gətirəcək. Azərbaycanın yaxın zamanda Ermənistanın işğalında olan torpaqları azad edəcəyinə və orada “Zəfər” Bayramı qeyd edəcəyinə inanıram. Bu qələbə bayramında türkiyəli şəhid ailələri də bizimlə olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır