Modern.az

Kişilər olub e!

Kişilər olub e!

Ədəbi̇yyat

18 Oktyabr 2019, 09:37

Aydın Canıyev

“Kişilər vardı”. (90-cı illərin əvvəllərində bir dəfə Azərbaycan SSR və bir dəfə də Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun baş redaktorluğu ilə çıxan “Sirdaş” qəzetinin rubrikası)

Məstan Günər: «Rafiq, dərdiş, mən kənddə ev tikmirəm ki, anam ölər!»


Moskvada rəhmətlik Rafiq Qurbanovla çox gəzişirdik ora-bura. Danışırdı... atası Osman Sarıvəllidən, Səməd Vurğundan, Vaqifdən-Yusifdən, Qazaxdan, Amerikadan, fəlsəəfdən, fizikadan, yığırdım çinədanıma. Bir dəfə kafelərin birində adətimiz üzrədən də çox qaldıq, daha doğrusu, mən yubatdım. Ofisianta azərbaycanca "gətir, oğlum, gətir" deməklə. Rafiq müəllim gördü ki, bir azdan kafedə heç nə qalmayacaq, soruşdu ki:
- Pulun çatar?
Dedim:
- Əlbəttə!
Üzümü çevirdim ofisianta:
- Gətir, oğlum, gətir!
Rafiq müəllim:
- Sən elə niyə deyirsən?
- Dilimə düşüb məclislərə gedəndən. Öyrəşmişəm hesabı özüm verməyə, odu arxayınca deyirəm!
- Bilirsənmi o "gətir, oğlum, gətir" atam Osman Sarıvəllinin mənə həsr etdiyi şeirdəndir?
- Yox!
Bu şeirin yaranma tarixçəsini danışıb qurtarınca "gətir, oğlum, gətir" deyə-deyə... Rafiq müəllimi aparıb çıxartdım e Azərbaycandakı dostlarıyla xatirələrə. Başladı Məstan Günərdən danışmağa:
- Bir dəfə Məstanla onun ata yurduna getdik. Anası qayıtdı ki, ay Rəfiq, bəlkə sən Məstana deyəsən, bir ev tiksin, rahat ölüm? Dedim, ay Məstan, niyə ev tikmirsən? Qayıtdı ki, dərdiş, pulummu var? Yığıram da. Sonra mənə danışdı ki, bilirsən, məni yetimçiliklə böyüdüb Anam. Lap əvvəl deyirdi ki, ay Məstan, böyüyüb məktəbə gedən gününü görsəydim, ölməzdim. Sonra "ay Məstan, böyüyüb instituta girən gününü görsəydim, ölməzdim. Sonra "ay Məstan, toyunu görsəydim, ..., sonra "ay Məstan, uşağını görsəydim...", sonra "ay Məstan, ...", nə istədi, elədim. Bir dəfə də qayıtdı ki, "ay Məstan, bircə kənddə həyətimizdə ev tiksəydin, bu daxmadan köçsəydim, rahat ölərdim! Daha heç bir arzum yoxdur, qalmayıb". Mən də qorxuram evi tikməyə! Tikəcəm, arvad öləcək!
Kişilər olub e!

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi