Modern.az

Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ: “Spikerin yanında nüfuzunu artırmaq üçün belə edir”

Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ: “Spikerin yanında nüfuzunu artırmaq üçün belə edir”

22 Oktyabr 2019, 13:50

“Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib”.

 

Modern.az xəbər verir ki bu sözləri Milli Məclisin deputatı Fazil Musfafa öz Facebook hesabında yazıb.

 

“İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq”.

 

“Məni narahat edən sadəcə bir elmler doktorunun,Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı "selfi" çəkdirmək kimi dəyərləndirməsidir” – deyə F.Mustafa fikirlərinə əlavə edib:

“Görünür hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsınde Milli Məclisin nüfuzu aşağı salınır”.

Xatırladaq ki, Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib:

“Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu sizin probleminizdir. Bura "selfi" çəkmək yeri deyil. Bura qanunverici orqandır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır