Modern.az

Mir Şahin Yardımlıdan Perinbel kəndinə yol çəkdiribmiş - VİDEO

Mir Şahin Yardımlıdan Perinbel kəndinə yol çəkdiribmiş - VİDEO

22 Oktyabr 2019, 17:00

“Real” Televiziyasının rəhbəri Mirşahin Ağayevin doğulduğu kəndə asfalt yol çəkdirdiyi üzə çıxıb.

Modern.az
xəbər verir ki, bu barədə Mirşahin Ağayevin Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirovla müsahibəsi zamanı məlumat verilib.

Telejurnalist söhbət zamanı bildirib ki, əvəllər onun doğulub boya-başa çatdığı Yardımlının Perinbel kəndinə heç vaxt asfalt yolu çəkilməyib. Bu problemin həlli üçün o, şəxsən təşəbbüs göstərib.

“Bu təşəbbüs nəticəsində cənab Prezidentin tapşırığı və Saleh müəllimin (Saleh Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin rəhbəri-red.) işə qarışması, birbaşa nəzarəti altında Yardımlıdan Perinbelə fantastik addım atıldı”,-deyə “Real” Televiziyasının rəhbəri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir