Arxiv
1 Noyabr 2019, 14:58 | MEDİA
“Jurnalistlərin görüşü gərək hansısa bir prosesin nəticəsi olsun” - Azərbaycandan Lavrova CAVAB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvadakı  danışıqlardan sonra maraqlı bəyanatlar səsləndirib. Rusiyalı nazir hazırda Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı danışıqlar aparıldığını bildirib.

 

Bəs görəsən, azərbaycanlı jurnalistlər belə bir səfərlərə ehtiyac duyurlarmı? Bunun Qarabağ probleminin həllinə hansısa müsbət təsirləri ola bilərmi?

 

Bu barədə Modern.az-a danışan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov məsələnin bizə faydalı tərəflərinə diqqət etməyin tərəfdarıdır. Onun sözlərinə görə, hələlik biz məğlub olmuş tərəfik:

 

“Torpaqlarımız işğal olunub. Əsas məqsədimiz işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdır. Biz nə qədər jurnalist olsaq da, bu məqamlarda vətəndaş kimi münasibət göstərməliyik. Mübadilənin bizim üçün müsbət məqamları odur ki, ermənilərlə danışmaq, Azərbaycandakı islahatlar haqqında məlumatlandırmaq, Azərbaycanın hərbi potensialının kifayət qədər güclü olmasını onların da diqqətinə çatdırmaq üçün imkanımız yaranır. Çalışırıq ki, ermənilər ümumi təkliflərə razı olsunlar və öz problemlərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılaşsınlar. Jurnalistlərin Ermənistana səfərlərinin üstünlükləri bu ola bilər.

Amma indiki şəraitdə Ermənistan mövcud durumu uzatmaq istəyir. Aydın görünür ki, onlar problemi həll etməyi düşünmürlər. Mən Ermənistanda səfərdə olarkən, erməni parlamentarilərlə və ayrı-ayrı şəxslərlə söhbət etdim. Aydın oldu ki, ermənilər artıq problemi həll olunmuş hesab edirlər. Onlar düşünürlər ki, bundan sonra yalnız de-fakto məsələlərlə məşğul olacaqlar. Belə məqamda ölçüb biçməliyik ki, jurnalistlərin mübadiləsi nə dərəcədə faydalı olacaq?”

 

Ə. Amaşov əlavə edib ki, Azərbaycan münaqişənin tez zamanda, öz ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır:

“Jurnalistlərin səfərləri bu prosesi donduracaq, soyuqluq yaradacaq, problemlərin həllini uzadacaqsa, onda bunun bizim üçün əhəmiyyəti nədir? İndiki şəraitdə hər şeyi analiz edib, faydalı olanı seçməliyik”.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının baş redaktoru Elçin Şıxlı bu təklifi Sergey Lavrovun irəli sürməsindən qıcıqlandığını diqqətə çatdırıb:

“Lazımdırsa, özümüz edə bilərik. Əslində bu mübadilədə pis bir şey yoxdur. Bizim nəsil erməniləri görüb, xəbərimiz var ki, onlar hansı xislətin sahibidirlər. Amma cavanlar erməniləri tanımırlar. Ermənilər elə bilir ki, azərbaycanlıların, biz isə elə bilirik ermənilərin “buynuzu var”. Pis olmasa da, bunu Lavrovun məsləhəti ilə etməyin tərəfdarı deyiləm”.

 

Hər iki tərəfdən mübadilə prosesinə qoşulan jurnalistlərin qınaq obyektinə çevrilməsinə gəlincə, E. Şıxlı ictimai fikrin hələlik dəyişəcəyini düşünmür:

“İctimai fikiri dəyişmək üçün məqsədli, davamlı plan varsa, onda nəsə etmək olar. 5 ildən bir biz ora getsək, onlar bura gəlsələr, çətin ki, nə isə əldə etmək mümkün olar. Jurnalistlərin görüşü gərək hansısa bir prosesin nəticəsi olsun. Belə bir proses ortada yoxdursa, mənası da olmayacaq. Ona görə, ictimai fikir çətin dəyişsin”.

 

“Şərq” qəzetinin baş redaktoru, "Türk ocağı"nın başqanı Akif Aşırlı isə bildirib ki, jurnalistin istənilən məkandan informasiya əldə etmək, istənilən məkana informasiya ötürmək imkanları var:

“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Neçə illərdir, dövlət səviyyəsində bu terrordan əl çəkmirlər. Erməni və Azərbaycan cəmiyyətini yaxınlaşdırmaq üçün jurnalistlərdən istifadə etməyə çalışırlar. Bu, o zaman  müsbət nəticə verər ki, Qarabağ danışıqlarında irəliləyiş əldə olunur. Ermənistan işğalçılıq siyasətindən əl çəkir. Məhz bu prinsiplər ətrafında fikir formalaşdırılsa, Ermənistana getməyin heç bir problemi olmaz.

İndi Ermənistandakı hadisələri təsvir etmək, xəbərləri yaymaq o qədər də çətin deyil. Onların mətbuatını izləyirik, mütəmadi informasiyalar əldə edirik. İndiki halda Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsə, missiyası xoşdursa, buyursun. Xoş deyilsə, bu mübadiləni Azərbaycan jurnalisti niyə qəbul etməli və niyə Ermənistana getməlidir?”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?