Modern.az

Milli Məclisin komitələri büdcə müzakirələrini davam etdirir - FOTOLAR

Milli Məclisin komitələri büdcə müzakirələrini davam etdirir - FOTOLAR

6 Noyabr 2019, 11:26

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri bu gün də davam edir.

Modern.az xəbər verir ki, büdcə zərfinin müzakirələrinin ikinci günündə nəzərdə tutulan iclas artıq başlayıb.

Müzakirələrdə Milli Məclisin 5 komitəsi - Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələri birgə iştirak edirlər.

Xatırladaq ki, ötən gün – noyabrın 5-də parlamentdə büdcə zərfinin müzakirəsi ilə əlaqədar ilk iclas keçirildi. İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələri bir araya gəlib.

Sabah - noyabrın 7-də isə İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasının keçirilməsi nəzərdə tutulur.


Daha sonra 2020-ci ilin büdcə zərfinin müzakirəsi parlamentin plenar iclasına tövsiyə olunacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu