Arxiv
8 Noyabr 2019, 12:58 | AKTUAL
Meşəcinsli  ağacların əkilmə qaydaları - Mütəxəsis rəyi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

 

Modern.az xəbər verir ki, ağacların necə  əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün ETSN-nin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov dağlıq və dağətəyi ərazilərdə meşəcinsli ağacların əkilmə qaydaları, təbii şəraitə və relyefə uyğun ağac seçimi, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələr verib. 

 

Dağlıq və dağətəyi rayonlarda hansı meşəcinsli ağaclar əkilməlidir?

 

Dağlıq və dağətəyi rayonlarda yerli iqlim şəraitinə uyğun vələs, fıstıq, palıd, adi şam, dəmirağac, ağcaqayın, tozağacı, göyrüş, cökə, ardıc  və s. ağaclar əkilir.

 

Meşəcinsli ağacları əkərkən nələrə diqqət yetirilməlidir?

 

Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilməsi torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici və s. məqsəd daşıyır.  Ağaclar əkilən zaman ilk növbədə yerin seçilməsinə diqqət yetirilməlidir. Əkinin mailliyi 10 dərəcədən yuxarı olan yerlərdə 40-50 sm dərinlikdə və 40-50 sm diametrində şahmat üsulu ilə çala qazılaraq  aparılması məqsədəuyğundur. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Cinslərindən asılı olaraq meşə tingləri terraslarda 2x2, maillik 10 dərəcədən aşağı olan sahələrdə isə 3x1, 3x2,  4x1, 4x2 sxemlərində əkilməlidir. Dağlıq ərazilərdə ağaclar əkilərkən çalaların ətrafı yağış sularının yığılması üçün su saxlayıcı formaya salınmalıdır.  

 

Dağlıq və dağətəyi ərazilərdə qışı sərt keçən bölgələrdə əkinin yazda   aparılması daha məsləhətdir. Əgər tinglər payız mövsümündə əldə olunubsa, yazda əkmək üçün tingləri müvəqqəti basdırmaq lazımdır. Əkiləcək tinglər 2 illik, kök boğazı ən azı 10-12 mm, kök sistemi isə 30-35 sm olmalı, əkilməmişdən  qabaq mil kökləri kəsilməlidir ki, ağac yaxşı inkişaf etsin.

 

Ağacların  yaxşı inkişaf etməsi və bitiş faizinin yüksək olması üçün eyni zamanda onlara üzvi və mineral gübrə verilməlidir. Azot, fosfor və kalium gübrələrindən də istifadə etmək olar. Əkilən ağaclara mütəmadi xidmət gösrərilməli və suvarma işləri aparılmalıdır. Ağaclara qulluq məqsədilə dibləri yumşaldılmalı (bu proses 2 dəfə suvarmanı əvəz edir), ətrafı alaq otlarından təmizlənməlidir. Budama əsasən əkinin 2-ci ilindən sonra aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə koronavirusdan sutkalıq ölü sayı 28-dək azaldı 26 May 2020, 21:40 Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38 Abşeronda maşın qaçıran şəxs saxlanıldı 26 May 2020, 17:27 Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMA 26 May 2020, 17:10 Moskvada Qələbə paradı iyunun 24-də keçiriləcək 26 May 2020, 17:01 Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır 26 May 2020, 16:50 Deputat Heydər Əliyev Fonduna təşəkkür etdi 26 May 2020, 16:39 Ruhanidən İlham Əliyevə Respublika Günü TƏBRİKİ 26 May 2020, 16:21 İsmayıl Hakkı Karadayı vəfat etdi 26 May 2020, 16:14 Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO 26 May 2020, 16:10 Pandemiya Almaniya iqtisadiyyatına ağır zərbə vurub 26 May 2020, 16:04 ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir 26 May 2020, 15:55 “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19