Modern.az

14 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı

14 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı

8 Noyabr 2019, 15:55

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14 200 vakant iş yeri haqqında məlumat var".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ölkədə ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur:

 

"Hazırda bütün vakansiyaların elektron bazaya daxil edilməsi üçün iş aparılır. Həmçinin ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat olduğu barədə təhlillər edilir".

 

A.Əliyev deyib ki, artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak üçün müraciət etmək istəyən şəxslər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" alt sistemi üzərindən müraciət edə biləcəklər: "İşsiz şəxslərin əmək bazarına qaytarılması ilə bağlı xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək. Bu proses yeni istifadəyə verilən "Məşğulluq" alt sistemində elektronlaşdırılıb".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir