Arxiv
8 Noyabr 2019, 20:31 | AKTUAL
DSX-dən sosial şəbəkələrdə yayılan VİDEOYA REAKSİYA

Dövlət Sərhəd Xidməti (DSX) Fərid Əzizli ilə bağlı sosial şəbəkələrdə yayılan videoya mübasibət bildirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a daxil olan məlumatda bildirilib ki, son günlərdə sosial şəbəkələrdə və “Youtube” videohostinqində Xidmətin zabiti, leytenant Əzizli Fərid Ceyhun oğlunun qurumun bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham etməsi barədə videogörüntüsü yayılıb.

"Bununla əlaqədar olaraq bildiririk ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılıb, aidiyyəti hərbi qulluqçuların izahatları alınıb, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmayıb, özünə qarşı hər hansı qeyri-etik davranışın, yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilib", - məlumatda vurğulanıb.

Məlumatda həmçinin qeyd olunub ki, F.Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub, DSX-nin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilib, lakin xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib: "Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunan və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant Fərid Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bunu xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir. Həmin videogörüntü Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılan materiallara müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22 Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazanıb 17 Noyabr 2019, 10:17 Avro-2020-nin seçmə mərhələsində 9-cu tur yekunlaşdı - NƏTİCƏLƏR 17 Noyabr 2019, 10:08 Ermənistan atəşkəsi 23 dəfə pozub 17 Noyabr 2019, 10:05 Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun! 17 Noyabr 2019, 10:02