Arxiv
9 Noyabr 2019, 16:54 | AKTUAL
Abşeron Milli Parkında qaçış marafonu keçirilib - FOTO

Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” ilk qaçış marafonu keçirilib. “Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı altında təşkil olunan marafona ilk olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti dəstək verib və kollektiv olaraq yürüşə qoşulub.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, qaçış marafonunun keçirilməsində əsas məqsəd təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Mətbuat katibi qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanın milli parklarından birində bu cür kütləvi maarifləndirici və ətraf mühitin mühafizəsinə diqqət çəkən qaçış marafonu keçirildi. Bu, ekoloji turizmin təbliği, sağlam həyat tərzinin təşviqinə yönələn tədbir olmaqla yanaşı, insanların həftəsonu günlərini təbiət ərazilərində səmərəli keçirmələri üçün bir nümunədir. Çox sevindiricidir ki, Dövlət Bayrağı Gününü milli parkda yaddaqalan tədbirlə qeyd etdik. Ətraf mühitin sağlamlaşdırılmasına, sağlam həyat tərzinin aşılanmasına hədəflənən bu cür tədbirlər davamlı olaraq digər milli parklarımızda da təşkil olunacaq. Marafona qoşulan 70-ə yaxın iştirakçı 6 kilometr məsafə qət edib və finiş xəttini keçən ilk üç marafonçu hədiyyələrlə mükafatlandırılıb. Həmçinin marafonun bütün iştirakçılarına mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı verən dəvətnamə təqdim olunub.

 

Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova ilk öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təbiət qoynunda, əlamətdar bir gündə marafonu təşkil etdiyinə görə minnətdarlıq bildirib: “Bayram günü olmasına baxmayaraq, hər iki qurumun əməkdaşları marafonda aktiv iştirak etdilər. Bu gün sağlam həyat tərzini təbliğ etdik, ətraf mühitin mühafizəsinə diqqət çəkdik və milli parklarımızdan birini göstərmiş olduq.

 

Düşünürəm ki, bu tədbiri keçirtməklə digər vətəndaşlar üçün yaxşı nümunə ola bildik”.

Yarışın qalibləri Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Şahmar Rzayev və Günəş Bünyadzadə qaçış marafonun təşkilini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar bu gün milli parkda sağlam həyat tərzi keçirdiklərini və buradan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər. Yarış iştirakçıları digər qurumların da belə tədbirlər keçirməsini tövsiyə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03