Arxiv
9 Noyabr 2019, 17:09 | ÖLKƏ
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA

“Parlament  bayrağın şaquli vəziyyətdə necə asılmalı olduğu haqda qanun qəbul edib. Nazirlər Kabineti isə bununla bağlı qərar verib. Keçmiş baş nazir Novruz Məmmədov vəzifədə olanda bayrağın hansı formada asılmalı olduğu haqda sözümü demişəm”.

 

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Aqil Abbas danışıb. O, Novruz Məmmədov işdən çıxdığına görə yenidən danışmağı düzgün hesab etmir:

“Çünki bu vaxta qədər mən nə işdən çıxan adamın arxasınca danışmışam, nə də yazı yazmışam. O, vəzifədə olarkən mən parlamentdə bayrağın hansı formada asılmasının daha doğru olduğunu bildirmişəm. Baş nazirin hüququ yoxdur ki, bayrağın necə asılması haqqında qərar qəbul etsin. Çünki bayrağın hansı formada asılması haqqında parlamentdə qanun qəbul olunub.  Keçmiş baş nazir Artur Rasizadənin olduğu dövrdə də bayrağın hansı formada asılması barədə parlamentin qəbul etdiyi qanuna əsasən təsdiqlənib. Novruz müəllim gəldi, dörd-beş ay bundan qabaq qəfil qərar verdi ki, bayraq bu cür asılmalıdır. Qardaş, bir qərar verirsənsə, bunu əsaslandırmalısan ki, bu bayraq niyə bu cür asılacaq. Axı, sən onu əsaslandırmamısan. Bu deyir bu cür asaq, ayrı bir baş nazir gələndə də deyəcək ki, çevirək bu cür asaq. Belə qanun ola bilməz. Qanun bir dəfə qəbul olunur. Eyni zamanda, əsaslandırılır”.

 

Aqil Abbas bildirib ki, ilk olaraq, millətdir, ardınca çağdaşlıqdır, sonra İslamdır. Bayraq da bu cür asılmalıdır:

“Yazıda da bu cür sıralama var. Soldan sağa yazırıq, yuxarıdan aşağıya doğru sıralayırıq. Bayraq da bu cür asılmalıdır. Yəni, birinci göy rəng - millət olmalıdır. Millət olanda din var idi?! Şumerlərdən üzü bəri on min ildir ki, bu millət var və formalaşıb. Varlığımızın rəsmi tarixi təxminən bu cür götürülür. İndi nə oldu? Yenə də millət birinci olmalıdır. Mən bu sözü demişəm və yenə də sözümün üstündəyəm. Yəqin hörmətli baş nazir Əli Əsədov  Novruz müəllimin bir çox qərarlarını ləğv edəcək”. 

Qeyd edək ki, keçmiş baş nazir Novruz Məmmədov ötən il iyunun 22-də verdiyi qərarla bayrağın asılması qaydasına dəyişiklik edib. Keçmiş baş nazirin qərarına əsasən, bayrağımızın şaquli vəziyyətdə, yaşıl rəng solda olmaqla asılması qaydası təsdiq edilib. Bundan əvvəl isə əksinə olaraq, mavi rəngin solda olması qaydalarda öz əksini tapmışdı.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus Parlamentinə 110 deputatı seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23