Modern.az

Bakıda rusiyalı şairənin imza günü keçirilib - FOTO

Bakıda rusiyalı şairənin imza günü keçirilib - FOTO

11 Noyabr 2019, 10:49

Noyabrın 10-da Park Bulvarda "Əli və Nino" kitab mağazasında məşhur rusiyalı şairə Yekaterina Xlebnikovanın oxucularla görüşü və "Çalarlar" ("Оттенки") kitabının imza günü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə şairlər, yazıçılar QHT və KİV nümayəndələri iştirak ediblər.

 

"Əli və Nino" kitab mağazası tərəfindən təşkil edilən tədbirdə rusiyalı şairə öz səmimi fikirlərini bildirib.

 

O qeyd edib ki, Azərbaycan ədəbiyyatını Məsihinin əvəzsiz poeması "Vərqa və Gülşa" poeması ilə tanıyıb, heyran olub və bundan sonra Azərbaycana bir neçə dəfə səfər edərək bu ölkə haqqında şeirlər yazıb.

 

Tədbirdə Yekaterina Xlebnikova oxuculara "Çalarlar" ("Оттенки") kitabını imzalayaraq hədiyyə edib.

 

Görüş oxucular tərəfindən maraqla qarşılanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır