Arxiv
14 Noyabr 2019, 13:44 | MEDİA
Mediada ƏDV-nin ləğvinə ehtiyac var

Əflatun Amaşov,
Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri


Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ilə bağlı çıxışım:

"Artıq üçüncü gündür ki, biz ölkəmiz üçün çox vacib məsələləri müzakirə edirik. İndiki məsələ də çox əhatəlidir və mütərəqqidir. Hesab edirəm ki, Vegi Məcəlləsinə müzakirə etdiyimiz dəyişikliklərdən irəli gələn məsələlər qarşımızda tam yeni mərhələ açır. Biz bu mərhələni məsuliyyət mərhələsi kimi də dəyərləndirə bilərik.

İlk diqqətimi cəlb edən Məcəllədən iri vergi ödəyicisi anlayışının çıxarılması və məsələnin digər maddələrə əlavələrlə daha da konkretləşdirilməsidir. Məcəlləyə «yalan əqd» anlayışının daxil edilməsini xüsusilə vacib sayıram. Müəssisələrin hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni təsisçiləri də məsuliyyətdən kənarda qalmamalıdır. Bunları müsbət qiymətləndirirəm. Təbii ki, müəyyən qeydlərim də var.

Bu baxımdan Məcəllənin 2.4-1-ci maddəsinə əlavəyə münasibətimi ifadə etmək istərdim. Göstərilir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Bunun vurğulanmasına ehtiyac görmürəm. Əvvəla ölkəmiz sahibkarlıq və investiyası fəaliyyətini təşviq edir. Cənab Prezident də çıxışlarında dəfələrlə məsələyə toxunub. Belə olan halda bu maddənin məcəlləyə əlavə edilməsi belə desəm, mənəvi uyğunsuzluq yaradır. İkincisi, əgər azadolma və güzəşt, eyni zamanda onun şamil edildiyi qrup müəyyənləşdirilirsə, bunu nə vaxtsa məcəlləyə dəyişikliklə də həyata keçirmək mümkündür. Məncə, sənədin ümumən mütərəqqi təbiətini bu cür ifadələrlə ağırlaşdırmağa ehtiyac yoxdur.

Söhbət Vergi Məcəlləsindən düşübsə, mən bu sənəddə əksini tapan, ancaq tamamilə başqa qərarla icra olunan məqama diqqətinizi çəkmək istərdim. Məsələyə bir neçə dəfə toxunmuşam da. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azaddır.

Ancaq bilirsiniz ki, 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisinə cəlb edilir. Kitablarla bağlı hörmətli Fazil müəllim də söylədi. Çünki yuxarıda qeyd etdiyim azadetmə vaxtilə Məcəllə ilə paralel şəkildə Nazirlər Kabinetinin qərarında da əksini tapmışdı. Həmin qərar 2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur. Olmazmı ki, biz bu məsələdə Nazirlər Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini rəhbər tutaq? Bu verginin tətbiqindən dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait daxil olur. Rəqəm elə də böyük deyil. Ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir.

Yeri gəlmişkən, məcəllənin 164.1.8-ci maddəsinə də diqqət yetirdim. Orada ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin də ƏDV-dən azad olunduğu göstərilir. Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır.

Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var. Habelə Vergi Məcəlləsinin timsalında qanunvericilik əsasının olduğunu da vurğuladım".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
31 mart Soyqırımı - 1 milyonadək azərbaycanlı məhv edilib 31 mart 2020, 00:00 27 polis koronavirusa yoluxdu 30 mart 2020, 23:56 Mübariz Mənsimov  “ölüm orucu”nu dayandırdı 30 mart 2020, 23:37 Koronavirus daha bir ölkəyə yayıldı 30 mart 2020, 23:21 Habil Əliyevin qızı koronavirusa YOLUXUB:Hazırda sistem altındayam 30 mart 2020, 23:12 Ərdoğan koronavirusla mübarizə kampaniyasına başladı: 7 aylıq maaşını bağışladı 30 mart 2020, 23:04 “QHT-lər Şuranın çağrışına hamılıqla dəstək verdi” – Fərasət Qurbanov 30 mart 2020, 22:52 Gürcüstanda koronavirusa 103  nəfər yoluxdu 30 mart 2020, 22:35 “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” - İbrahim Məmmədov 30 mart 2020, 22:18 Cəbhədə erməni təxribatının növbəti dəfə qarşısı alınıb - DSX 30 mart 2020, 22:04 İtaliyada koronavirusdan daha 812 insan öldü 30 mart 2020, 21:51 Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu 30 mart 2020, 21:33 Nazir koronavirusa görə maliyyə yardımının şərtlərini AÇIQLADI 30 mart 2020, 21:23 KİV  xüsusi karantin rejimində də işləyəcək 30 mart 2020, 21:06 "İmkansız vətəndaşlar dövlətin himayəsindədir" - İbrahim Məmmədov  30 mart 2020, 20:51 Trampla Putin koronavirusu müzakirə etdi 30 mart 2020, 20:43 Azərbaycanda YENİ QADAĞALAR: küçəyə çıxmaq məhdudlaşdırıldı 30 mart 2020, 20:43 İnsanlar yalnız yaxın market və apteklərə gedə biləcək 30 mart 2020, 20:31 Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb 30 mart 2020, 20:01 Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar 30 mart 2020, 18:57 “Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə  30 mart 2020, 18:44 Goranboyda dezinfeksiya və maarifləndirmə tədbirləri davam edir - FOTO 30 mart 2020, 18:35 Avstriyadakı azərbaycanlılarla bağlı səfirlikdən SON MƏLUMAT - VİDEO 30 mart 2020, 18:26 Rusiya neftinin 1 bareli 16 dollara satılır 30 mart 2020, 18:17 Regionda Azərbaycan, Ermənistan və koronavirus qalıb - TOFİQ ZÜLFÜQAROVLA #evdəqal SÖHBƏTİ 30 mart 2020, 18:10 Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU 30 mart 2020, 18:01 Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək 30 mart 2020, 17:55 İlham Əliyev fərman imzaladı 30 mart 2020, 17:50 Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi 30 mart 2020, 17:45 “Facebook”un sahibi jurnalistlərə 100 milyon dollar ayırdı 30 mart 2020, 17:40 Dolların sabaha olan MƏZƏNNƏSİ 30 mart 2020, 17:33 “Bibiheybət yolu"nda bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb - FOTO 30 mart 2020, 17:30 Avropa Komissiyası Azərbaycana yardım paketi ayırdı 30 mart 2020, 17:26 Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü 30 mart 2020, 17:20 Türkiyədə hər gün 20 min nəfər koronavirus testindən keçəcək 30 mart 2020, 17:15