Modern.az

Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər

Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər

14 Noyabr 2019, 19:48

Milli Məclisin bir qrup deputatı Belarus Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 14-dən Minsk şəhərində səfərdə olacaqlar.


Milli Məclisdən Modern.az-a verilən məlumata görə, deputatlar Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili  isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində  prosesə qatılacaqlar.


Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu