Modern.az

Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB

Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB

20 Noyabr 2019, 22:43

2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlərin sayı artıb.

Modern.az "Trend"ə   istinadən xəbər  verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, bu ilin ilk 10 ayında Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz artıb.

İdarədən bildiriblər ki, bu dövr ərzində Azərbaycana səfər edənlərin sayı 36 nəfər olub.

Ümumilikdə hesabat dövründə 16,1 min nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 19,7 faiz azdır.
 

2019-cu ilin oktyabrında Türkiyədə İŞKUR xətti ilə 144,8 min nəfər işlə təmin olunub ki, bu da ötən illə müqayisədə 28,4 faiz çoxdur.

Bu dövrdə Türkiyədə işsizlərin sayı 4,039 milyon nəfər təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır