Modern.az

Bakını “kababxana”ya döndərən restoranlar - SİYAHI

Bakını “kababxana”ya döndərən restoranlar - SİYAHI

22 Noyabr 2019, 11:29

Hazırda Bakı böyük kababxananı xatırladır desək, yəqin ki, bizə haqq verərsiniz. Metrostansiyaların çıxışı, lap elə şəhərin mərkəzində fəaliyyət göstərən restoran və kafelərdən çıxan kabab tüstüsü az qala adamın üstünə hopur. Şəhərin yüksək sürətlə inkişaf etdiyi bir dövrdə xoşagəlməz tüstünün, hisin, qoxunun ətrfa yayılması insanlarda xoş təəssürat yaratmır. Hətta tüsütüsü ərşə qalxan kababxanaların iyisi bəzi metrostansiyaların platformasına qədər gəlir...

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, havanı çirkləndirən şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyulub:

 

“İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib. Monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən “Amor”, “Mələk Palace”, “Grace Hall”, “Ayla”, “Monte Karlo”, “Madonna”, “Al saray”, “Səbinə”, “Həyat Hall” və “Piano” şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub”.

 

İ.İbrahimova qeyd edib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb:

 

“Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib”.

 

ETSN-nin sözçüsü onu da qeyd edib ki, əksər obyekt sahibləri elə hesab edir ki, təmizləyici qurğu quraşdırmaqla iş bitir, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə əhəmiyyət vermir:

 

“Bundan sonra havanı çirkləndirən belə iaşə obyektlərində manqalların istifadəsinə məhdudiyyət qoyulacaq. Araşdırma və monitorinqlər davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər