Arxiv
3 Dekabr 2019, 16:11 | AKTUAL
Sağlamlıq imkanları məhdud 66 şəxs inklüziv təhsilə cəlb olunub - Nazirlik

Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində 2015-2016-cı tədris ilindən ölkəmizdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, layihə hazırda Bakı şəhərində yerləşən 220 nömrəli məktəb-lisey, 138, 252 və 202 nömrəli tam orta məktəblərdə icra olunur. 

 

Ümumilikdə, sağlamlıq imkanları məhdud 66 şəxs inklüziv təhsilə cəlb olunub.

 

Qeyd edək ki, ölkədə inklüziv təhsillə bağlı Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də həyata keçirilir. Layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad bölgələrini əhatə edir.

 

Həmçinin UNİCEF tərəfindən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsi icra olunur. Layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən kadr hazırlığı və əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin dəstəklənməsidir. Layihə Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazaxda icra edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni ailə quran gənc qadın ata evində özünü asdı 28 Yanvar 2020, 00:57 Koronavirus Avropanı təşvişə salıb 28 Yanvar 2020, 00:44 Üç gün sonra bu telefonlarda "WhatsApp" işləməyəcək 28 Yanvar 2020, 00:28 Virus səbəbindən Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib 28 Yanvar 2020, 00:12 Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO 27 Yanvar 2020, 23:46 Elazığda yenidən  güclü  zəlzələ 27 Yanvar 2020, 23:24 “Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı 27 Yanvar 2020, 23:11 Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi 27 Yanvar 2020, 22:51 Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi 27 Yanvar 2020, 22:36 Hicran Hüseynova aztəminatlı ailələri ziyarət edib - FOTOLAR 27 Yanvar 2020, 22:17 Şəmkirdəki qəzada 3 nəfər ölüb 27 Yanvar 2020, 21:59 "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17
SORĞU Yeni parlamentdə kimlər olsun?