Modern.az

Erməni əsgər yoldaşını güllələdi, sonra özünü vurdu – TƏFƏRRÜAT

Erməni əsgər yoldaşını güllələdi, sonra özünü vurdu – TƏFƏRRÜAT

3 Dekabr 2019, 17:36

Azərbaycanın işğal altındakı torplaqlarında ötən gün baş verən silahlı insidentin detalları məlum olub.

 

Modern.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, hadisə səhər saat 5:50-də silah saxlanılan anbarın yaxınlığında baş verib.

Məlumata görə, mübahisə zəmnində 21 yaşlı Artur Acemyan əsgər yoldaşı 20 yaşlı David Melikbekyanı güllələyib. Bundan sonra, onun öldüyünü düşünərək özü də intihar edib.

Amma David Melikbekyanın ölmədiyi, yaralı halda xəstəxanaya çatdırılaraq sağ qaldığı da əlavə olunub.

 

Faktla bağlı Ermənistan Hərbi Prokurorluğu araşdırmalara başlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır