Modern.az

Polis bu meyitin yaxınlarını axtarır - FOTO

Polis bu meyitin yaxınlarını axtarır - FOTO

5 Dekabr 2019, 16:26

Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə naməlum kişi meyitinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.


DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (tel: (012) 434-02-02) zəng vuraraq məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir