Arxiv
9 Dekabr 2019, 13:52 | AKTUAL
Dövlət Komitəsinin sədrindən qadınlara ÇAĞIRIŞ

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Fransa səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda birgə dəyirmi masa keçirib.

 

Modern.az-ın xəbərinə görə, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Simona Qatti bildirib ki, gender əsaslı zorakılıq kampaniyası çərçivəsində silsilə tədbirlər təşkil olunub.

 

O qeyd edib ki, Aİ-nin gender bərabərliyi ilə bağlı öhdəlikləri var, təşkilat bu öhdəliklərə sadiqdir.

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsinin gender zorakılığına qarşı mübarizə istiqamətində hökumət siyasəti barədə məlumat verib. Səfir bildirib ki, gender bərabərliyi və bu istiqamətdə fəaliyyət Fransada mühüm məsələ elan edilib və cəmiyyət fəalları, ictimai birlikləri, media bu işə cəlb olunub.

 

Səfir 2020-ci ilin iyulun 7-də Meksika və Fransanın birgə təşəbbüsü ilə gender əsalı zorakılıqla bağlı Parisdə beynəlxalq konfransın keçiriləcəyini deyib.

 

“Azərbaycanın da yüksək səviyyədə konfransda təmsil olunmağını istərdik”, - deyə səfir vurğulayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, gender əsaslı zorakılıqla bağlı kampaniya artıq 16-cı gündür davam edir və bu müddətdə bir sıra layihə və aksiyalar həyata keçirilib.

 

Azərbaycanın bu istiqamətdə aktiv iş gördüyünü bildirən Dövlət Komitəsinin sədri qadınlara çağırış edib.

 

“Qadınlar öz hüquqlarını daha yaxşı bilməli, problemlərini gizlətməməlidirlər. Çox istərdik ki, qadınlar hər hansı problemlə üzləşəndə istər polisə, istərsə də digər aidiyyəti qurumlara müraciət etsinlər. Bəzən qadınlar müraciət etməyə çəkinir, qorxur. Bunun müxtəlif səbəbləri var. Bu səbəblərdən birincisi qadınların iqtisadi baxımdan özlərini müstəqil hiss etməmələridir. Qadın öz hüquqlarını bilməli, müstəqilliyini qorumalı, daxilən güclü olmalıdır”, - deyə H. Hüseynova qeyd edib.

 

Tədbirdə Fransanın Gender Bərabərliyi üzrə Ali Şurasının baş katibi Klarie Jiru da çıxış edib.

 

Dəyirmi masa çıxışlarla başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28 MSK şikayət edən 7 nəfərin deputatlığa namizədliyini qeydə alıb 18 Yanvar 2020, 12:17 Milli Oftalmologiya Mərkəzində həkim pasiyenti döyüb? - AÇIQLAMA 18 Yanvar 2020, 12:02 Çingiz Qənizadə bu gün də görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 11:54 Bakıda uşağı döyən müəllim işdən çıxarıldı - VİDEO 18 Yanvar 2020, 11:26 Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb - FOTO 18 Yanvar 2020, 11:17 Trampdan Xamneyiyə: “Mənim sözlərimə diqqət yetir” 18 Yanvar 2020, 11:14 Yaşadan Rəşadın şad gününə... 18 Yanvar 2020, 11:06
SORĞU Yeni parlamentdə kimlər olsun?