Arxiv
10 Dekabr 2019, 20:33 | MEDİA
Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…”

Real TV-nin direktoru Mirşahin Ağayevin  "102 FM heç vaxt Çingiz Mustafayevin adını daşımayıb" açıqlaması “virtualaz.org” saytının rəhbəri Eynulla Fətullayevin etirazına səbəb olub.

 

Modern.az xəbər verir ki, E.Fətullayev özünün feysbuk hesabında M.Ağayevin vaxtilə ANS-in efirində 102 FM radisounun Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıması barədə fikirlərini təsdiq edən videonu paylaşıb.

 

“Buyurun! Mirşahin Ağayev özü ANS-in efirindən bəyan edir: “Çingiz Mustafayevin adını daşıyan radiostansiya - ANS ÇM-102 FM”
Hansı Mirşahin düz danışır? Bu gün danışan və ya ANS-in efirindən bəyan edən?”, - deyə E.Fətullayev yazıb.

 

Qeyd edək ki, sayt rəhbərinin bu postuna M.Ağayev rəy yazaraq öncəki fikirlərində qaldığını bildirib.

 

“Eynulla, bu emosional informasiyadır, hüquqi fakt və rəsmi sənəd deyil. Özümüzün öz aramızda qoyduğumuz addı bu. 102 fm-in adı Çingiz fm olmayıb. ANS ÇM 102 FM olub. Bunu da bayaq izah etdim. 2016-cı ildə ANS ÇM qapanıb və o zaman bu mövzu indiki isterikayla gündəliyə gətirilməyib. Bu gün də olmamalıdır bu. 102 fm müsabiqəyə tezlik kimi çıxarılıb. Çingizin mirası kimi yox. ANS TV nin yayımlandığı 31-ci diapazon da tenderə çıxarıldı və o bu gün başqa sahibi ilə efirdədir. ARB 24. Burda kiminsə malından, mülkündən, mülkiyyətindən söhbət getmir. Mədəni ictimaiyyəti də yanlışa sürükləmək lazım deyildi!”

 

E.Fətullayev isə Mirşahinə cavabında Real TV-nin addımına bəraət qazandıra bilmədiyini deyib:

 

“Deyək ki, lap elə belədir. Hörmətli Real TV başqa tezlik götürə bilməzdimi? Axı 27 illik tarixi necə silmək olar? Mən həmişə sizi dəstəkləmişəm, ən ağır günlərdə belə, lakin bu addıma heç cür bəraət qazandıra bilmirəm. Məncə, Real bu iddiadan imtina etməlidir!!! Hətta dostumdan ayrılsa idim, heç zaman ona məxsus olan tezliyə iddia etməzdim. Vicdan əzabı çəkərdim, yaşaya bilməzdim! Bu stansiyanın bağlanmasının əsil səbələrini siz də bilirsiz, hörmətli Mirşahin müəllim. ANS Əli Həsənovun fitnə-fəsadı ilə qapadılmışdı. Və həmin gün, siz şəxsən məndən dəstək istəyirdiniz. Və mən də öz dəstəyimi əsirgəmədim...”

 

M.Ağayev isə cavabında deyib: “Mən belə düşünmürəm, 102 tezliyi məndən ötrü 31 tezliyindən artıq deyil. Həyatımın 25 ilini verdiyim tezlikdən. Yeri gəlmişkən, ANS ÇM bağlananda mən 102 FM-in prezidenti idim, indi də kanala rəhbərlik etməyə haqqım və gücüm çatar!  Bəli, mən ANS in bərpası üçün çox çalışdım, səndən də dəstək istədim, doğrudur, amma bu mənim yuxarıda yazdıqlarımın bir sözünü belə təkzib etmir”.

 

Qeyd edək ki, tərəflər arasında uzun mübahisənin sonunda E.Fətullayevin 102 tezliyini aldıqları halda Çingiz Mustafayevin adının qalıb-qalmayacağı barədə sualına Real TV-nin rəhbəri belə cavab verib:

“Eynulla, bizim kanalın adı Radio Realdı. Tenderi qazansaq bu adla da yayımlanacaq. Adətən, yaddan çıxmasın deyə harasa nişan, işarə qoyurlar, bizim yadımızda Çingiz nişansız, işarəsiz də qalacaq”.

 

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində boş qalmış 102,0 MHz işçi tezliyinə müsabiqə elan edib. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin "Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadır.

  

Real TV-nin baş direktoru Mirşahin Ağayev bu gün rəhbərlik etdiyi televiziyanın efirindən bildirib ki, 102 ÇM-də ÇM abreviaturası Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əks etdirməyib:

 

“102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti yoxdur. ÇM - Частотная Mодуляция (tezlik modulyasiyası) idi. Bunu hamı bilir. Çingizin ruhunu narahat etmək olmaz, amma mənim dediklərim o ruhu rahat edəcək. Çingiz Mustafayevin adını daşıyan radio tezliyin satılması barədə bəyanat məsuliyyətsiz bir bəyanatdır. Radio tezlik müsabiqəyə çıxarılır, radio tezlik satışa çıxarılmır. Yoxdur axı belə bir məsələ. ANS ÇM-in satışa çıxarıldığını demək məsuliyyətsizlikdir. 102 FM tezliklərdən biridir”.

 

T.İSMAYIL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR 7 Aprel 2020, 16:15 Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatdı - daha 1 nəfər öldü 7 Aprel 2020, 16:11 “Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır” - Vitse-spiker 7 Aprel 2020, 16:05 Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu 7 Aprel 2020, 15:58 Covid-19 virusu və xərçəng xəstələri 7 Aprel 2020, 15:51 Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar” 7 Aprel 2020, 15:46 Qarabağda da koronavirus TAPILDI 7 Aprel 2020, 15:40 Emin Ağalarov biznesdəki çətinliklərdən DANIŞDI: “Gəlirimiz sıfıra düşüb, maaşları necə verək?” 7 Aprel 2020, 15:38 Bir gündə 142 - Çağrı Mərkəzinə rekord sayda müraciət olub 7 Aprel 2020, 15:32 Bakıda “8103” qısa nömrəsinə 90 dəfə SMS göndərən şəxs saxlanıldı - Foto 7 Aprel 2020, 15:26 “Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov 7 Aprel 2020, 15:20 Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI 7 Aprel 2020, 15:14 İsmayıllıda naməlum kişi meyiti tapıldı 7 Aprel 2020, 15:08 Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA 7 Aprel 2020, 15:02 Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ 7 Aprel 2020, 14:58 Vüqar İskəndərov: “Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir” 7 Aprel 2020, 14:53 Türkiyədən qayıda bilməyən 10 min soydaşımıza YARDIM EDİLƏCƏK 7 Aprel 2020, 14:48 Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar 7 Aprel 2020, 14:42 Çin Azərbaycana tibbi humanitar yardım GÖNDƏRİB 7 Aprel 2020, 14:36 İşsizlərin qeydiyyatı yalnız ONLAYN aparılır   7 Aprel 2020, 14:30 Bu il Pasxa bayramı nə vaxt çıxacaq? 7 Aprel 2020, 14:17 Baş infeksionist xüsusi karantin rejiminin nə vaxt başa çatacağından DANIŞDI 7 Aprel 2020, 14:04 “Milli Məclis” jurnalınında da dəyişiklik olacaq 7 Aprel 2020, 13:58 Əfv sərəncamının icrası başa çatıb 7 Aprel 2020, 13:52 TƏBİB-dən sağlam insanlara ÇAĞIRIŞ 7 Aprel 2020, 13:46 Azərbaycanda tibbi maska istehsalına başlandı - VİDEO 7 Aprel 2020, 13:40 “ASAN Məktub” vasitəsilə 210 nəfərin ehtiyacı təmin edilib 7 Aprel 2020, 13:34 Ermənistanda koronavirusun real miqyası GİZLƏDİLİR 7 Aprel 2020, 13:27 Hökumət deputatlara verilən hesabatda yenilik etdi 7 Aprel 2020, 13:23 Lerikdə meşədə ağac kəsən şəxslər cəzalandı 7 Aprel 2020, 13:16 Parlamentin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək 7 Aprel 2020, 13:10 Əfv sərəncamının verilməsi humanizmin təntənəsidir 7 Aprel 2020, 13:04 Sabaha olan teledərslərin cədvəli açıqlandı 7 Aprel 2020, 12:58 Regionlara qar yağır: “Meyvə ağaclarına ciddi ziyan dəyəcək” 7 Aprel 2020, 12:52 Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 7 Aprel 2020, 12:46